Xəzər dənizinin sahilində, Sulak çayının mənsəbi ilə Terek çayı arasında 322 ölü suiti tapılıb.
Yeniera.az bu barədə TASS-a istinadən xəbər verir.
Mənbə bildirib ki, ölü heyvanların sayı arta bilər. Dağıstanın Təbii Sərvətlər Nazirliyi sahilə çıxmış suitilərlə bağlı məlumat aldığını və mütəxəssislərin yerində baxış keçirdiyini açıqlayıb.
Alimlər qeyd edirlər ki, suitilər miqrasiya dövründə təbii qaz tullantılarına məruz qalaraq boğula bilirlər.
Qeyd edək ki, Xəzər suitisi Xəzər hövzəsində yaşayan yeganə məməli heyvandır və nəsli kəsilməkdə olan növ hesab olunur.
Yeniera.az

