NATO-nun baş katibi Mark Rutte ABŞ prezidentinin elçisi Stiv Uitkoffun Moskvada danışıqlarını vacib adlandırıb, lakin Ukraynaya NATO silahlarının ağır axını vəd edib.
Yeniera.az xəbər verir ki, Rutte bu barədə NATO Xarici İşlər Nazirlərinin Toplantısına gələrkən Moskvada danışıqlarla bağlı sualı cavablandırarkən deyib.
“Dünən gecə, əlbəttə ki, vacib idi. Başqa addımlar da olacaq, lakin məndən bütün aralıq addımları şərh etməyimi gözləməyin. Biz ABŞ-la sıx koordinasiyaya davam edəcəyik. ABŞ-ın sülh səylərini tam alqışlayırıq”.
Eyni zamanda Rutte NATO-dan Kiyevə ağır silah axını vəd edib. Konkret olaraq, o, NATO ölkələrinin 2025-ci ildə Kiyev rejimi üçün təkcə ABŞ-dan 5 milyard avro dəyərində silah alacağını, 2026-cı ildə isə Aİ və NATO ölkələrindən birbaşa silah tədarükü nəzərə alınmasa, bu alışların ayda 1 milyard avroya çatacağını gözləyir.
Yeganə

