Ginnesin Rekordlar Kitabının (GWR) İsraili boykot etmək qərarına gəldiyi və bu ölkədən rekord müraciətləri qəbul etmədiyi iddia edilib.
Yeniera.az xəbər verir ki, ölkədə böyrək donorluğunu təşviq edən “Həyat Hədiyyəsi” (Matnat Chaim) təşkilatının Ginnesin Rekordlar Kitabı bürosuna etdiyi rekord cəhd üçün müraciəti siyasi səbəblərdən ləğv edilib.
Qüdsdə 2000 könüllü donoru bir araya gətirəcək bir tədbir üçün Dünya Rekordlar Kitabına qeydiyyat üçün müraciət rədd edildi.
Həmçinin, bir neçə il əvvəl başlayan müraciət prosesində “Həyat Hədiyyəsi”nin Ginnesin Rekordlar Bürosuna yüzlərlə dollar ödədiyi iddia edilirdi.
Bildirilir ki, İsrail təşkilatı Böyük Britaniyada yerləşən Ginnesin Rekordlar Bürosundan “Hazırda İsraildən rekord müraciətləri qəbul etmədiklərini” bildirən elektron məktub alıb. Təşkilat qərarın səbəbini anlamağa çalışır.
Gift of Life şirkətinin prezidenti Rachel Heber qərara reaksiya göstərərək, “Ginnesin İsrailin bütün tibb dünyasını heyrətə gətirən bu nailiyyətini tanımaqdan imtina etməsi qəbuledilməzdir” dedi.
İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən Qəzza zolağına soyqırım hücumları səbəbindən İsraili boykot etmək üçün beynəlxalq çağırışlar artır.
Atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirən İsrail son iki il ərzində təşkil etdiyi hücumlarda 70 mindən çox fələstinlini öldürüb, əksəriyyəti qadın və uşaq olmaqla 170 mindən çox insanı yaralayıb.
Yeganə

