Qatil İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 5 nəfər artaraq 70 min 117 nəfərə çatıb.
Yeniera.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatlarla bağlı yazılı açıqlama yayıb.
Bildirilib ki, son 48 saatda biri dağıntılar altından çıxarılan 5 fələstinlinin cəsədi, 13 yaralı isə xəstəxanalara çatdırılıb.
Atəşkəs qüvvəyə minəndən bəri 360 nəfər həlak olub, 922 nəfər yaralanıb, dağıntılar altından 617 cəsəd çıxarılıb.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başlayan hücumları nəticəsində ölənlərin sayı 70 117 nəfərə, yaralıların sayı isə 170 999 nəfərə çatıb.
Yeganə

