Rusiyanın nümayəndə heyəti ABŞ-nin sədrliyi ilə Vaşinqtonda keçiriləcək “G20″də iştirak edəcək.
Yeniera.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasını XİN-inin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev bildirib.
O qeyd edib ki, ABŞ sədrliyi ilə “Böyük İyirmilik” üzvlərinin ilk G20 görüşü dekabrın 15-16-sı Vaşinqtonda baş tutacaq:
“Bizim ölkənin nümayəndə heyətinə Rusiya Federasiyasının Prezident Administrasiyasının ekspert idarəsinin rəis müavini Svetlana Lukaş rəhbərlik edəcək”

