İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.
Yeniera.az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Arsen Babayan bildirib.
Hüquqşünasın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İstintaq Komitəsinin binasında saxlanılıb. Saxlanılmanın təfərrüatları və səbəbləri açıqlanmır.

