• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Prezident Adebayo Oqunlesini qəbul edib - FOTOLAR

08 Dekabr, 25 / 12:07
A A
Prezident Adebayo Oqunlesini qəbul edib - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.

Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.

Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.

Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Abbas Əraqçi Bakıda şəhidlərin xatirəsini anıb

Növbəti Yazı

Abşeron RMX-nin qeydiyyat bölməsində yeni xidmət istifadəyə verilib

XƏBƏR LENTİ

Azərbaycanda 11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

"Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib

Gürcüstan Azərbaycan yanacağını Ermənistana dəmir yolu ilə pulsuz daşıyacaq

Hökməli–Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb 

"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb

Paşinyan Erməni Apostol Kilsəsinin bərpası üçün yol xəritəsi təklif edib

Bu şəxslərə 8 min manatlıq müavinət veriləcək

Şöbə müdiri: Hazırda TƏBİB-in xəstəxanalarında 4 mindən çox hemodializ xəstəsi var

Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib

Bakıda və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 98 faizini təşkil edib

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Ceyhun Bayramov: Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

“YAŞAT” Fondunun yaranmasından 5 il ötür

İstanbul və Antalya dünyanın ilk 10-luğunda…- “Top 100 City Destinations Index 2025”   

Əraqçi: İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik

Ceyhun Bayramov Əraqçini Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Onlara yeni vəzifə verildi - FOTO

İkinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Bu fənn üzrə dərs saatları artırılacaq - Emin Əmrullayev AÇIQLADI

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.