Rusiyanın Şimali Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Matseqora 71 yaşında vəfat edib.
Yeniera.az xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
“2025-ci il dekabrın 6-da Rusiya Federasiyasının KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri A.İ. Matseqora 71 yaşında vəfat edib”, – məlumatda bildirilib.
XİN qeyd edib ki, Matseqora Rusiya ilə KXDR arasında tərəfdaşlığın qurulması və dərinləşməsində mühüm rol oynayıb.
YENİERA.AZ

