Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək və bu proses gələn ilin birinci rübündə baş tuta bilər.
Yeniera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Biz və Azərbaycan tərəfi bəzi məsələlərdə tələsirik. Lakin proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə sərhədin bir hissəsini də demarkasiya edəcəyik”, – o bildirib.
A.Simonyan söhbətin sərhədin hansı hissəsindən getdiyini dəqiqləşdirməyib.

