• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
6°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Avropada “ASAN" mükafatı təqdim olunub 

11 Dekabr, 25 / 14:30
A A
Avropada “ASAN" mükafatı təqdim olunub 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.

Yeniera.az xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindən görülmüş işlər barədə məlumat verib.

Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimi baş tutub.

“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında iştirak edib. “ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsində innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq təsis olunmuş “ASAN” mükafatı təqdim olunub.

Xüsusi “ASAN” mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

Xüsusi olaraq qeyd olunmalıdır ki, “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Forum çərçivəsində, həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edir.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib

Növbəti Yazı

Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

XƏBƏR LENTİ

“CineMastercard”da “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı baş tutub - FOTOLAR

Prezident Taleh Qaraşovun oğlunu təltif etdi

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetməsində iştirak edib

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqlənib

İlham Əliyevdən daha bir SƏRƏNCAM

Nazirlər Kabineti Milli Məclis qarşısında hesabat verəcək

Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyanın yaradılması sazişi təsdiqlənib

Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib

"Şərurlu İsfəndiyar" məhkəmədə: Ramiz Mehdiyevlə əlaqəsi olanlar cəzalarını alacaqlar

İlham Əliyev bu sazişləri təsdiqlədi

Azərbaycanla Moldova arasında sazişi təsdiqlənib

Prezidentdən Aida Hüseynlə bağlı SƏRƏNCAM

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb

Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat etdi - FOTO

Azərbaycan nümayəndələri Bəhreyndə keçirilən festivalda Qarabağ atları ilə çıxış ediblər

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Prezident nekroloq imzaladı

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.