• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
7°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

 Kamran Əsədova cinayət işi açıldı 

12 Dekabr, 25 / 20:13
A A
 Kamran Əsədova cinayət işi açıldı 

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

Yeniera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.

Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.

Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.

Əsas iclas dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Növbəti Yazı

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

XƏBƏR LENTİ

“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - TƏFƏRRÜATLAR

FHN əhaliyə MÜRACİƏT ETDİ

Azərbaycanda keçmiş nazir infarktdan vəfat etdi - FOTO

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - VİDEO - FOTOLAR

 Fəxri Xiyabanda hörmətsizlik: Ulu Öndərin məzarı önündə əli cibində dayanan məmur kimdir? - VİDEO

DİN əməliyyat keçirib: 260 nəfər SAXLANILIB

“P-Aqro” MMC fermerin pambığını alıb, pulunu vermir -  Vətəndaşlardan ŞİKAYƏT...VİDEO

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil

Nazirlik onlara pul verəcək - SİYAHI - MƏBLƏĞ

Bakıda qar yağacaq - Bu tarixdə

Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

 Kamran Əsədova cinayət işi açıldı 

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Zod qızıl yatağında Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb

Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.