• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
4°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - TƏFƏRRÜATLAR

14 Dekabr, 25 / 20:40
A A
“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - TƏFƏRRÜATLAR

Ölkə gündəminin əsas mövzularından olan Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.

Yeniera.az “Unikal”a istinadən bildirir ki, əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.

İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.

Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.

Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.

İddialar bu yöndədir ki, Mehdiyevlə Mənsimov arasında əlaqələrin qurulmasında da QMİ rəhbəri mühüm rol oynayıb. Bu “üçbucağın (Mehdiyev-Paşazadə-Mənsimov) yaranmasında başlıca faktor isə onların üçünün də Rusiyanın yüksək dairələri ilə yaxşı münasibətləridir. “Boz kardinal”la hər şey aydındır, Mənsimovun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya faktoruna bir qədər yuxarıda toxunmuşduq. Paşazadə isə hələ sovet dövründən Moskvanın etimadını qazanmış, məhz bu səbəblə o zamanlar QMİ rəhbərliyinə gətirilmiş şəxsdir. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib. Həmin il mayın 29-da QMİ-də bununla bağlı təqdimat mərasimində Rusiyanın Azərbaycanda ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilginc fikirlər səsləndirmişdi. Sitat: “Rusiya Prezidentinin Fəxri Fərmanı ölkənin rəsmi mükafatı sayıldığından digər orden və medallara bərabər tutulur. Şeyxülislam həzrətləri həm sovet dövründə, həm də müstəqillikdən sonra Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunub. Lakin bunlar Fəxri Fərmanın əhəmiyyətini azaltmır. Əksinə, bu, bir daha sübut edir ki, Siz qarşıya qoyduğunuz ali məqsədlər uğrunda yenə də əzmlə çalışırsınız və Rusiya dövləti Sizin bu fəaliyyətinizi yüksək dəyərləndirir”.

Bütün bunlar fonunda Şeyxülislamın Azərbaycandakı xəyanətkar şəbəkənin rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı yəqin ki, təəccüblü deyil. Hətta QMİ rəhbərinin deputat qardaşı Cavanşir Paşazadə də bu günlərdə də mediaya açıqlamasında Şeyxin “boz kardinal”la münasibətlərini gizlətməyib.

Onu da deyək ki, 2020-ci ildə o zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu tutan Ramiz Mehdiyevin adına açılan hesabdan ilginc paylaşımlar edilmişdi. Həmin paylaşımlardan bəzilərində Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə çağırışlar yer almışdı. Lakin AMEA-dan həmin günlərdə açıqlama verilərək sözügedən hesabın saxta olduğu bildirilmişdi. Lakin belə görünür, həyatda heç nə təsadüfi baş vermir…

İndiki vəziyyətdə  biz “Mehdiyev işi”ndə ortaya çıxan yeni adlardan və sensasiyalı “üçbucaq”dan bəhs edirik. Bu adları hansı konkret maraqların bir araya gətirdiyi, Türkiyədəki həbsindən sonra biznesmenliklə yanaşı, siyasi perspektivlər barəsində düşündüyünə şübhələr qalmayan Mənsimovun həmin “üçbucağa” niyə daxil edildiyi yəqin ki, zaman keçdikcə daha dəqiq ortaya çıxacaq…

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

FHN əhaliyə MÜRACİƏT ETDİ

Növbəti Yazı

Azərbaycan Premyer Liqası: XV tura iki oyunla yekun vurulacaq

XƏBƏR LENTİ

General Eyyubov vəzifəsindən azad edildi - FOTO

Azərbaycanda ağır qəza: ölü və yaralılar var

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

Saxlanıldığı deyilən VÜQAR ƏHMƏDDƏN AÇIQLAMA

Vüqar Əhməd saxlanılıb? - Qızı Almaxanım danışdı

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub

Almaz Cəfərova QƏSDƏN ÖLDÜRÜLÜB

Avropa liderləri Zelenski ilə danışıqlar üçün Berlində toplaşacaqlar

Binəqədidə iki avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI

Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər

Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər

“CineMastercard”da “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı baş tutub - FOTOLAR

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

Prezident Taleh Qaraşovun oğlunu təltif etdi

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetməsində iştirak edib

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqlənib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.