• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
2°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Azərbaycan nümayəndələri Bəhreyndə keçirilən festivalda Qarabağ atları ilə çıxış ediblər

15 Dekabr, 25 / 13:50
A A
Azərbaycan nümayəndələri Bəhreyndə keçirilən festivalda Qarabağ atları ilə çıxış ediblər

Azərbaycan nümayəndələri Bəhreyn Krallığında keçirilən “Mara”ee 2025” festivalında Qarabağ atları ilə çıxış ediblər.

Bu barədə Yeniera.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.

Tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulub, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.

Azərbaycan tərəfi festival çərçivəsində 8–13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar Azərbaycanın zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.

Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qatıb, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib.

Sonda Azərbaycan komandası iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Ən son xəbərləri bizim Threads hesabımızda izləyin @yeniera
Öncəki Yazı

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Növbəti Yazı

Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat etdi - FOTO

XƏBƏR LENTİ

General Eyyubov vəzifəsindən azad edildi - FOTO

Azərbaycanda ağır qəza: ölü və yaralılar var

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

Saxlanıldığı deyilən VÜQAR ƏHMƏDDƏN AÇIQLAMA

Vüqar Əhməd saxlanılıb? - Qızı Almaxanım danışdı

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub

Almaz Cəfərova QƏSDƏN ÖLDÜRÜLÜB

Avropa liderləri Zelenski ilə danışıqlar üçün Berlində toplaşacaqlar

Binəqədidə iki avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib

“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı - SİYAHI

Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər

Ərdoğan: 44 günlük Vətən müharibəsi zamanı Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edirdilər

“CineMastercard”da “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı baş tutub - FOTOLAR

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

Prezident Taleh Qaraşovun oğlunu təltif etdi

İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb

Kamran Əliyev Dohada korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetməsində iştirak edib

Azərbaycan və Qazaxıstan arasında 4 sənəd təsdiqlənib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.