• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
4°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Gülər Coşqunsoyun Prezidentə həsr olunmuş kitablarının təqdimatı keçirilib

17 Dekabr, 25 / 13:36
A A
Gülər Coşqunsoyun Prezidentə həsr olunmuş kitablarının təqdimatı keçirilib

Dekabrın 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və Azərbaycan milli qəhrəmanlarına, şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” kitablarının təqdimatı və imza günü keçirilib.

Tədbir Türk Dünyası Qadınlar Komitəsinin təşkilatçılığı ilə, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy, Milli.az saytının redaktoru Xəyal Abdullayev və mətbuat katibi Fidan Oruc Əliyevanın birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib, onun müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu xüsusi vurğulanıb.

Tədbirin aparıcısı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında qısa məlumat verib. Daha sonra Gülər Coşqunsoy çıxış edərək əsərlərin yazılma məqsədi, ideya-məzmun yükü və daşıdığı vətənpərvərlik ruhu barədə danışıb.

“ULU RÖYADAN DOĞULAN ZƏFƏR – MİLLİ XİLASKARA ƏBƏDİ İTHAF” adı altında keçirilən ədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Bugün tv rəhbəri Elnarə Dərziyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Səfərov, Vətən müharibəsi qazisi, baş leytenant Rafiq Rəhimli, STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaymov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndəsi Elçin Cəfərov, sənətşünas Vasif Ayan, politoloq Ülkər Coşqunsoy, pedaqoq Dilara Cəbraylova, “Aqad Silver” təbii daşlar şirkətinin direktoru Aslan Abbaszadə, xeyriyyəçi Arzu Fərəcova, Azərbaycan Savat Federasiyasının mətbuat katibi Fidan Oruc Əliyeva, “Nərgiz Med” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova, siyasi şərhçi İlyas Hüseynov, Bakı Bİznes Universiteti müəllimi Reyhan Dadaşova təşkilatçı Ellada Əmiraslanova, “XAN” milli geyim brendinin sahibi Xalid Əsgərxan, Celt grup ortaqlarından Fərhad Yurdsevər, Yeniera.az saytının rəhbəri Ariz Həsənoğlu, Doğru.az saytının rəhbəri İlqam Cəbiyev, media nümayəndələri, digər dövlət qurumlarının təmsilçiləri, ictimai birlik və icmaların üzvləri, eləcə də ziyalılar iştirak ediblər.
Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən “Ali Baş Komandanım” , ” Leyla” parçaları səsləndirilib, müəllifin şeirlərindən birinə bəstələnmiş mahnı təqdim olunub. Eyni zamanda Vətən müharibəsi iştirakçısı Tural Süleymanov tarda “Xudayar təsnifi”ni ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

Növbəti Yazı

Rusiyanın Baş nazirinin müavini Ermənistana gedib

XƏBƏR LENTİ

Təqaüd və sosial müavinətlər bu qədər ARTIRILACAQ — AÇIQLAMA

BAAU və AQC arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

Professor Aşina: Gələcəyin təbabəti süni intelektlə olacaq

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda tanınmış məşqçi vəfat etdi - FOTO

Kimlər azadlığa çıxacaq? - Amnistiya aktının tətbiq olunacağı maddələr (TAM MƏTN)

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb

Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək FIFA referilərinin sayı artıb

Əli Əsədov daha bir QƏRAR İMZALADI

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

Meyxanaçı Ağakərim vəfat etdi

“Qarabağ və Şərqi Zəngəzurda quruculuq mövzusunda Vikipediyada iş” layihəsi çərçivəsində Vikipediya təlimləri təşkil olunub - FOTOLAR

Baş nazir QƏRAR İMZALADI

Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var

Ukrayna ilk dəfə Rusiyanın "kölgə donanması"nın tankerini vurub

Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub

Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb

Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik edib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.