• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
4°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Gündəm

Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

18 Dekabr, 25 / 17:00
A A
Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

Gələn il yanvarın 1-dən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün yeni giriş qiymətləri tətbiq ediləcək.

Yeniera.az Agentliyin Qoruqları İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək (indiyə qədər 9 manat olub).

Xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.

Azərbaycan vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur.

Azərbaycan vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşına qədər uşaqlarına da giriş ödənişsizdir.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Qubada sərnişin avtobusu piyadaları vurub - ölən və xəsarət alan var

Növbəti Yazı

Estoniya XİN Rusiyaya nota verib

XƏBƏR LENTİ

Təqaüd və sosial müavinətlər bu qədər ARTIRILACAQ — AÇIQLAMA

BAAU və AQC arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

Professor Aşina: Gələcəyin təbabəti süni intelektlə olacaq

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda tanınmış məşqçi vəfat etdi - FOTO

Kimlər azadlığa çıxacaq? - Amnistiya aktının tətbiq olunacağı maddələr (TAM MƏTN)

Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın görüntülərini paylaşıb

Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək FIFA referilərinin sayı artıb

Əli Əsədov daha bir QƏRAR İMZALADI

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb

Meyxanaçı Ağakərim vəfat etdi

“Qarabağ və Şərqi Zəngəzurda quruculuq mövzusunda Vikipediyada iş” layihəsi çərçivəsində Vikipediya təlimləri təşkil olunub - FOTOLAR

Baş nazir QƏRAR İMZALADI

Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var

Ukrayna ilk dəfə Rusiyanın "kölgə donanması"nın tankerini vurub

Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub

Azərbaycan Kanadadan mal əti tədarük etməyə başlayıb

Nursultan Nazarbayev Azərbaycan Prezidentini təbrik edib

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.