Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu rayonun bəzi kəndləri birləşdiriləcək
  • Ermənistana gedən dəmir yolunun tikintisi tamamlanmaq üzrədir
  • Ölkədə nə qədər işsiz var?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Ali Məhkəmə qərar qəbul etdi

Ali Məhkəmə qərar qəbul etdi

Siyasət Ariz Əhədov13.01.2026 - 10:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ali Məhkəməsinin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Yeniera.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Məlumatda bildirilir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır. İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.

Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.

Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmamışdı. Bu səbəbdən iddiaçının tələbləri “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.

Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

Bənzər Xəbərlər

13.03.2026 - 11:48Ariz Əhədov

Bu rayonun bəzi kəndləri birləşdiriləcək

13.03.2026 - 11:35Ariz Əhədov

Ermənistana gedən dəmir yolunun tikintisi tamamlanmaq üzrədir

13.03.2026 - 11:21Ariz Əhədov

Ölkədə nə qədər işsiz var?

13.03.2026 - 10:53Ariz Əhədov

Trampdan ŞOK: "Xamenei sağdır və o indi... "

13.03.2026 - 10:20Ariz Əhədov

İcra Hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən ÇIXARILDI

13.03.2026 - 10:13Ariz Əhədov

Neftimizin qiyməti 105 dolları ötdü

13.03.2026 - 10:00Ariz Əhədov

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu

13.03.2026 - 09:32Ariz Əhədov

Sumqayıtda partlayış - Yaralılar var

13.03.2026 - 00:38Ariz Əhədov

Üç dövlət qurumu birgə məlumat yaydı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 070

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 653

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 278

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 748
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.