Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi
  • Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA
  • Diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkında – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda keçmiş vəzifəli şəxsə HÖKM OXUNDU

Azərbaycanda keçmiş vəzifəli şəxsə HÖKM OXUNDU

Gündəm Ariz Əhədov03.02.2026 - 10:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yeniera.az xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 01 avqust 2025-ci il tarixdə, saat 01:00 radələrində Bakı–Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib.

Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus “Mercedes Benz E-220” markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən, yaşayış məntəqəsi üçün müəyyən edilmiş maksimum 60 km/saat sürət həddinə əməl etməyərək nəqliyyat vasitəsini 70 km/saat sürətlə idarə edib. Nəticədə Elvin maşınla həmin vaxt yolu hərəkət istiqamətində soldan sağa keçən piyada –2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub.

Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib.

Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk edib və yol-nəqliyyat hadisəsi yerindən qəsdən qaçıb.

Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, Elvin Əliyev əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarında çalışıb. Hadisədən bir müddət öncə o, mənfi motivlərə görə xaric olunub. (Pravda.az)

Bənzər Xəbərlər

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

01.05.2026 - 14:52Ariz Əhədov

Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

01.05.2026 - 14:40Ariz Əhədov

Sabiq rəis azadlığa buraxıldı

01.05.2026 - 14:16Ariz Əhədov

Maaşlarla bağlı dəyişiklik təsdiqləndi - BUNDAN SONRA BELƏ OLACAQ

01.05.2026 - 14:05Ariz Əhədov

TƏCİLİ: Azərbaycanda televiziya rəhbəri həbs edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 323

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 104

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 959

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 183
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.