Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək”
  • Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? – VACİB AÇIQLAMA
  • Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Uşaqlı ailələrə deputatdan sevindirici XƏBƏR

Uşaqlı ailələrə deputatdan sevindirici XƏBƏR

Cəmiyyət Ariz Əhədov13.02.2026 - 12:19
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyada uşaqlı ailələr üçün yeni dövlət dəstəyi mexanizmi, yəni illik ailə ödənişi tətbiq ediləcək. Layihə aztəminatlı ailələri əhatə edir və yalnız adambaşına düşən gəliri yaşayış minimumunun 1,5 mislini keçməyən ailələr bu dəstəkdən yararlana biləcək. Ödənişlər Rusiya Sosial Fondunun regional ofisləri tərəfindən həyata keçiriləcək, hesablamalar isə əvvəlki ilin ailə gəlirləri əsasında aparılacaq. Bildirilir ki, ödəniş hər bir valideyn üçün ayrıca müəyyən olunacaq və ailənin real maddi vəziyyəti əsas meyar olacaq.

Bəs bu cür illik ailə ödənişi mexanizminin Azərbaycanda da tətbiqi mümkündürmü?

Yeniera.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan sosial dövlətdir və dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin ümumi payına görə dünya standartları ilə müqayisədə yüksək göstəricilərə malik ölkələrdən biridir:

“Hər bir dövlətin bu sahədə özünəməxsus mexanizmləri və alətləri mövcuddur. Azərbaycanda da məşğulluğun artırılması, gənc ailələr üçün ipoteka dəstəyi, aztəminatlı ailələrə sosial yardım kimi müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu baxımdan bəzi mexanizmlər Rusiya Federasiyasında tətbiq edilən modellərə yaxındır. Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı və ailəsi həmin dəstək alətlərindən yararlanır. Dövlət sosial dəstək siyasətini davam etdirir. Hər il pensiyalar indeksləşdirilir, maaşlar artırılır və bu prinsiplər gələcəkdə də tətbiq olunacaq. Ölkənin iqtisadi imkanları artdıqca sosial sahəyə ayrılan vəsaitin və dəstək mexanizmlərinin də genişləndirilməsi nəzərdə tutulur. Bir sıra Avropa ölkələrində və Rusiyada ailələrin qurulması və dəstəklənməsi ilə bağlı xüsusi proqramlar həyata keçirilir. Bunun əsas səbəbi həmin ölkələrdə demoqrafik vəziyyətin kritik həddə çatmasıdır. Ailə qurma və doğum səviyyəsi aşağı düşüb, gənclər ailə qurmağa və ya övlad sahibi olmağa maraq göstərmirlər. Bu problem xüsusilə Qərb ölkələrində geniş vüsət almağa başlayıb. Nəticədə dövlətlər ailə institutunu və doğum səviyyəsini stimullaşdırmaq üçün müxtəlif maliyyə və sosial dəstək proqramları tətbiq edirlər. Məsələn, Rusiyada doğum səviyyəsi dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Bu səbəbdən Rusiya Federasiyası ailələrə və xüsusilə uşaqlı ailələrə yönəlmiş bir sıra dəstək proqramları həyata keçirməyə başlayıb. Məqsəd ailə institutunu möhkəmləndirmək, doğumu təşviq etmək və dövlət dəstəyini artırmaqdır”.

O deyib ki, Azərbaycan da bu istiqamətdə müəyyən proqramlar həyata keçirir:

“Uşaqların doğulduğu andan etibarən onların hərtərəfli inkişafına qədər dövlət nəzarəti və dəstəyi mexanizmlərini nəzərdə tutan qanun layihəsi artıq parlamentdə birinci oxunuşdan keçib. Bu proqramlarda uşaqların sağlam, milli və ümumbəşəri dəyərlər əsasında böyüməsi, sosial müdafiəsi və rifahı əsas prioritet kimi müəyyən edilib. Bundan əlavə, ailələrin və uşaqların sosial müdafiəsi ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Bəzən vətəndaşlar bu imkanlar barədə kifayət qədər məlumatlı olmurlar. Halbuki ölkəmizdə ailələrə və uşaqlara yönəlmiş kifayət qədər dəstək mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda, dünya sürətlə dəyişir. Yeni texnologiyalar inkişaf edir, qlobal proseslər formalaşır və yeni çağırışlar meydana çıxır. Bu baxımdan qanunvericilik və sosial siyasət də dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Gələcəkdə də ailələrə və uşaqlara dəstəyin artırılması, sosial proqramların təkmilləşdirilməsi və yeni mexanizmlərin tətbiqi istiqamətində addımların atılması gözlənilir. Dövlət bu sahədə dəstəyini davamlı şəkildə inkişaf etdirmək niyyətindədir”.

Bənzər Xəbərlər

30.04.2026 - 23:30Ariz Əhədov

“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək”

30.04.2026 - 23:10Ariz Əhədov

Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA

30.04.2026 - 22:40Ariz Əhədov

​“WhatsApp” ödənişli oldu - Məbləğ

30.04.2026 - 22:24Ariz Əhədov

Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR

30.04.2026 - 22:00Ariz Əhədov

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

30.04.2026 - 21:30Ariz Əhədov

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz

30.04.2026 - 21:13Ariz Əhədov

Partlayışda yaralanan həkimin FOTOSU

30.04.2026 - 21:00Ariz Əhədov

Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO

30.04.2026 - 20:38Ariz Əhədov

Azərbaycanda "13-cü maaş və pensiya": Kim verir, kim vermir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 311

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 090

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 179
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.