Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Paşinyan iki il sonra Azərbaycana səfər etmək istəyir
  • Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi
  • Kallas sabah Azərbaycana gəlir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Nümayəndə heyətimiz quru yolla Ermənistana getdi – Video

Nümayəndə heyətimiz quru yolla Ermənistana getdi - Video

VİDEO XƏBƏRLƏR Ariz Əhədov13.02.2026 - 12:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

YENİERA “Armenpress”ə istinadən xəbər verir ki, 13-14 fevral tarixlərində baş tutacaq dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədi vasitəsilə Ermənistana gedib.

Məlumata görə, müzakirələr zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavranılmasına, iqtisadi əməkdaşlıq perspektivlərinə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.

İkigünlük dəyirmi masada Azərbaycan tərəfdən iştirak edəcək vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı:

Fərhad Məmmədov – koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri;

Rusif Hüseynov – Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru;

Kəmalə Məmmədova – 1news.az saytının baş redaktoru;

Ramil İsgəndərli – Milli QHT Forumu İdarə Heyətinin sədri;

Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi;

Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi;

Zaur Şiriyev – Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya (Carnegie Russia and Eurasia Center) üzrə tədqiqatçısı;

Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini;

Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri;

Rauf Ağamirzəyev – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert;

Gülbəniz Qənbərova – “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri;

Nəzrin Əliyeva – “İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin nümayəndəsi;

Eldar Həmzəli – tədqiqatçı, müstəqil ekspert;

Sanan Rzayev – CBC televiziya kanalının redaktoru və aparıcı siyasi şərhçisi;

Gülşən Axundova – “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti;

Emin Əliyev – TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru;

Orxan Babayev – Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı;

İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri;

Fuad Ağamalıyev – CBC televiziya kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri.//Qafqazinfo






Bənzər Xəbərlər

04.05.2026 - 12:17Ariz Əhədov

Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt

04.05.2026 - 01:33Ariz Əhədov

Bakıda təkər qurtarıb?  —  Sürücülər üçün VACİB AÇIQLAMA 

04.05.2026 - 01:07Ariz Əhədov

Rüşvət iddiası: Bu şəxslərin adı hallanır

30.04.2026 - 13:50Ariz Əhədov

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

30.04.2026 - 13:38Ariz Əhədov

Bakıda qeyri-adi yol qəzası - Video

30.04.2026 - 12:05Ariz Əhədov

14 Yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO

30.04.2026 - 10:37Ariz Əhədov

İranla Ukraynanı səhv saldı - Video

30.04.2026 - 10:25Ariz Əhədov

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi 

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 301

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 086

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.