Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
  • Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN
  • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Xəzərdə ekoloji fəlakət: suitilər və balıqlar kütləvi şəkildə tələf olur

Xəzərdə ekoloji fəlakət: suitilər və balıqlar kütləvi şəkildə tələf olur

VİDEO XƏBƏRLƏR Ariz Əhədov20.02.2026 - 13:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son günlər Xəzər dənizi sahillərində suitilərin, balıqların və digər canlıların kütləvi şəkildə tələf olması ilə bağlı görüntülər yayılıb və məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə paylaşılan videolar hadisənin miqyasının geniş olduğunu göstərir.

Məlumata görə, bu cür ekoloji hadisələr adətən qısa müddətli təsadüfi proseslərin deyil, daha dərin və sistemli problemlərin nəticəsi olur. İlkin ehtimallar arasında suyun çirklənməsi, oksigen çatışmazlığı, iqlim dəyişiklikləri və sənaye tullantılarının təsiri kimi amillər göstərilir. Qeyd olunur ki, məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır və laborator analizlərin nəticələri gözlənilir.

YENİERA.az-ın məlumatına görə, məsələ ilə bağlı News24.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizi akvatoriyasında suitilərin və digər dəniz canlılarının ölüm hallarına zaman-zaman rast gəlinir və bu proses bir çox amillərlə bağlıdır.

“İlk növbədə təbii ölüm faktoru nəzərə alınmalıdır. Əgər suiti Xəzər dənizində yaşayırsa, onların müəyyən hissəsinin təbii səbəblərdən ölməsi müşahidə oluna bilər. Bu, ekosistem üçün qeyri-adi hal deyil. Lakin məsələ təkcə təbii ölümlə məhdudlaşmır. Dənizə daxil olan çirkləndirici maddələr də ciddi təsir göstərir. Xüsusilə Volqa çayı vasitəsilə dənizə böyük həcmdə çirkli sular axıdılır. Xəzər dənizinin son zamanlar səviyyəsinin aşağı düşməsi də əlavə risk yaradır. Yaşayış arealının daralması suitilərin və digər canlıların populyasiyasına ciddi təsir edir və onların sayının azalmasına səbəb olur”.

Ekspert qeyd edib ki, çirkləndiricilərinin əsas mənbələrindən biri Volqa hövzəsində yerləşən şəhərlərin sənaye və məişət tullantıları, kanalizasiya axıntılarıdır:

“Eyni zamanda digər çaylar vasitəsilə də Xəzərə müxtəlif çirkləndirici maddələr daxil olur. Son illərdə xüsusilə Kür hövzəsində su-təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində müəyyən müsbət dinamika müşahidə edilir və Kür çayı vasitəsilə daxil olan çirkli suların həcmi nisbətən azalıb. Lakin bu, problemin tam həll olunduğu anlamına gəlmir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Suyun temperaturunun artması dənizdə həll olunmuş oksigenin miqdarını azaldır. Bu isə həm balıqların, həm də suitilərin yaşayışına mənfi təsir göstərir”.

 

Bənzər Xəbərlər

25.06.2026 - 23:53Ariz Əhədov

Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25.06.2026 - 20:05Ariz Əhədov

Bakıdakı ağır qəzadan görüntülər

25.06.2026 - 13:36Ariz Əhədov

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları...

25.06.2026 - 11:05Ariz Əhədov

“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - Video

25.06.2026 - 10:53Ariz Əhədov

Bakının mərkəzində avtomobil yandı - Video

25.06.2026 - 10:28Ariz Əhədov

Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı

25.06.2026 - 10:15Ariz Əhədov

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video

24.06.2026 - 23:55Ariz Əhədov

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

24.06.2026 - 21:39Ariz Əhədov

TƏBİB rəhbəri daha 3 xəstəxananın direktorunu işdən çıxardı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 785

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 203

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.