Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Cavid Abdullayev “İSTİAD”ın Azərbaycanda nümayəndəsi seçildi
  • Əli Əsədov QƏRAR İMZALADI
  • Metronun yeni stansiyası bu ərazidə olacaq – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI

Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI

Gündəm Ariz Əhədov26.12.2025 - 16:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ-dakı erməni diasporuna açıq siyasi və informasiya dəstəyi verən fiqurlar arasında Nyu-York ştatının sabiq senatoru və vəkil David Storobinin adı xüsusi ön plana çıxır. Rusiya əsilli yəhudi olsa da, o, illərdir erməni icmasının tədbirlərini demək olar ki, qaçırmır, hətta qondarma “Artsax”ın və ümumən erməni diasporunun fəal müdafiəçisi kimi çıxış edir.

Sabiq senator kimi Storobin həm ictimai tribuna, həm də hüquqşünas statusundan istifadə edərək “Artsax”da yaşayan ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” tezisini daim önə çəkib, bu mövzunu ABŞ ictimai rəyində legitimləşdirməyə çalışır. Bununla bərabər, “Global Politician” platformasında qələmə aldığı yazılarda əsasən ermənilərin bölgə ilə bağlı “tarixi və hüquqi iddialarını” qabardıb. O, müxtəlif konfrans, ictimai müzakirə və tədbirlərdə də məhz erməni diasporunun mövqeyinə uyğun çıxışlar etməklə tanınır.

Nyu-Yorkdakı erməni icması ilə əlaqələri təkcə nəzəri və ya yazılı müdafiə ilə bitmir; Storobin tez-tez Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və “ermənilərin hüquqları” mövzulu toplantılarda qonaq, çıxışçı və ya fəal iştirakçı qismində yer alır. Bu mənzərə onu ABŞ-da ermənipərəst siyasi fiqurlar arasında xüsusi mövqedə göstərir.

Məhz bu nöqtədə diqqətçəkən məqam odur ki, bu qədər açıq şəkildə erməni maraqlarını müdafiə edən, Azərbaycana zidd mövqeləri ilə tanınan David Storobinlə Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədov arasında əlaqələrin mövcudluğu haqda məlumatlar dolaşır.

Belə ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli iddia edir ki:

“Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlüdür, ixtisasca vəkildir”.

Deputatın ermənipərəst senatora maddi dəstək göstərməsi fonunda xüsusilə bir fakt sual doğurur:

Məşhur Məmmədovun övladlarının məhz Nyu-Yorkda yaşamaları və fəaliyyət göstərmələri, yəni eyni şəhər mühitində kök salmaları. Nəticə etibarilə, bir tərəfdə erməni diasporunun açıq havadarı olan sabiq senator, digər tərəfdə isə həmin şəhərdə ailəsini yerləşdirmiş, ona maliyyə kanalı yaratmaqda ittiham olunan azərbaycanlı deputat obrazı ortaya çıxır. Bu ziddiyyətli mənzərə həm siyasi, həm ictimai, həm də mənəvi baxımdan ciddi suallar doğurur və Məşhur Məmmədovun həm şəxsi, həm də ictimai mövqeyi ilə bağlı çoxlu sual işarələri yaradır.

Qeyd edək ki, Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazova da Amerikaya köçüb. Hər ikisi Nyu-Yorkda yaşayır. Məmməd Şahbazovun ABŞ-da yaratdığı “Masalli Enterprise LLC” adlı şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.//Yenicag.az

Bənzər Xəbərlər

30.04.2026 - 15:12Ariz Əhədov

Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

30.04.2026 - 14:03Ariz Əhədov

Əli Əsədov QƏRAR İMZALADI

30.04.2026 - 13:50Ariz Əhədov

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

30.04.2026 - 13:25Ariz Əhədov

Mayın ilk günü hava necə olacaq?

30.04.2026 - 13:13Ariz Əhədov

Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı

30.04.2026 - 13:00Ariz Əhədov

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

30.04.2026 - 12:46Ariz Əhədov

Millimiz Pakistan yığmasına qalib gəldi

30.04.2026 - 12:41Ariz Əhədov

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

30.04.2026 - 12:33Ariz Əhədov

Dövlət çörəyin qiyməti ilə bağlı qərar verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 301

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 082

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 957

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.