Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İcra hakimiyyətində KÜTLƏVİ İXTİSAR
  • Şəhid atası vəfat etdi – Foto
  • Dağlıq ərazilərə qar yağacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Daha bir qadın instaqram paylaşımlarına görə – Cəzalandırıldı

Daha bir qadın instaqram paylaşımlarına görə - Cəzalandırıldı

Cəmiyyət Ariz Əhədov03.03.2026 - 12:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan daha bir qadın inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən tərtib edilən protokola Suraxanı Rayon Məhkəməsində baxılıb.

Xəbəri rus dilində oxuyun: Танец на 1000 манатов: суд наказал Instagram-блогершу

Bildirilib ki, fiziki şəxs S.Abbasova instaqramda 140.000-dən artıq abunəçisi olan profilə sahibdir. O, bəzi görüntülərdə erotik, o cümlədən xarici dildəki mahnı sədaları altında oriental rəqsin hərəkətlərini icra edib. Digər görüntülərdə isə hər hansı paltar satışı niyyəti olmadan, geyim brendinin loqosu göstərilmədən bədəninin əksər hissələrini nümayiş etdirərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirməklə cəmiyyətə açıqcasına hörmətsizlik edib.

Məhkəmənin qərarı ilə S.Abbasova 1000 manat cərimə edilib.

Bənzər Xəbərlər

04.03.2026 - 14:38Ariz Əhədov

İcra hakimiyyətində KÜTLƏVİ İXTİSAR

04.03.2026 - 14:17Ariz Əhədov

Şəhid atası vəfat etdi - Foto

04.03.2026 - 14:05Ariz Əhədov

Dağlıq ərazilərə qar yağacaq

04.03.2026 - 13:40Ariz Əhədov

ŞAD XƏBƏR: Bu şəxslərə yeni güzəşt tətbiq olunacaq

04.03.2026 - 13:26Ariz Əhədov

İlham Pirməmmədovdan qardaşı oğlu ilə bağlı AÇIQLAMA - "Qorxuruq ki, uşağa nəsə olar"

04.03.2026 - 13:18Ariz Əhədov

“Birlik və Qardaşlıq” İftar Proqramı keçirildi – FOTOLAR 

04.03.2026 - 13:15Ariz Əhədov

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

04.03.2026 - 13:05Ariz Əhədov

“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - Fotolar

04.03.2026 - 12:54Ariz Əhədov

Bu SMS-lərə inanmayın! 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:284. 617

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 541

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:263. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 628
logo
Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.