Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
  • Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
  • “Həkimin ölməsi ilə bağlı məlumat yalandır” – Rəsmi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»“Sabah”ın prezidentindən Qurban Qurbanova – “Qələbəmizə kölgə salmışdı”

“Sabah”ın prezidentindən Qurban Qurbanova - “Qələbəmizə kölgə salmışdı”

İdman Ariz Əhədov03.03.2026 - 15:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Sabah” klubunun prezidenti Məqsud Adıgözəlov Misli Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” (3:3) matçında baş verən davaya münasibət bildirib.

YENİERA.az xəbər verir ki, o, Azerisport.com saytına açıqlamasında bu barədə danışıb:

Matçın son dəqiqələrində baş verən gərginliyə toxunan M.Adıgözəlov, komandasının məşqçisinin davranışına bəraət qazandırmadığını, lakin əvvəllər oxşar halların olduğunu da qeyd edib:

“Bəli, oyunun sonunda emosional vəziyyət yarandı. Köməkçi məşqçimiz hakimlə danışırdı, bu zaman “Qarabağ” heyətinin bir üzvü ona səssiz olma işarəsi göstərdi. Bizim nümayəndəmiz isə emosional və düzgün olmayan jest etdi ki, bunu nümayiş etdirməyə haqqı yox idi.

“Sabah” futbol klubu belə davranışı yolverilməz hesab edir. Bu, bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Nümayəndəmizlə söhbət aparıldı. Biz baş verənləri yalnız futbola xas emosiyalarla izah etmədik. Əksinə, məşqçimiz təkcə meydanda deyil, həm də mətbuat konfransında üzr istəməyi lazım bildi. Hər hansı klubun qarşısında belə bir hadisə baş versəydi, biz eyni şəkildə davranardıq. Hətta ‘Qarabağ’ nümayəndələri bu epizoda diqqət etməsə belə, üzr istəyəydik. Üzr istəmək mədəniyyəti statusdan, xidmətlərdən və adlardan asılı deyil.

Qeyd edim ki, üzr istəmə mədəniyyətindən danışarkən, 2023/24 mövsümündə “Qarabağ” – “Sabah” matçında rəqib son saniyələrdə qol vurduqdan sonra “Qarabağ” oyunçusunun bizim skamyaya jest etməsi kimi epizod olmuşdu.

Bundan əlavə, kubok finalından sonra hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində “Sabah”ın qələbəsinə kölgə saldı və dolayı yolla onun bütövlüyünü şübhə altına aldı. Sonradan bu sözlər emosiyalarla izah olundu. Qol vurduqdan sonra bir oyunçunun qapıçımızın qarşısında etdiyi ekzotik rəqs bizim ənənələrimizə uyğun deyildi. Təəssüf ki, o zaman dostlarımız üzr istəmək lazım bilmədilər və hər şeyi emosiyalara yazdılar. Biz səbr etdik, üzr istəmək tələb etmədik və vəziyyəti böyütmədik, çünki başa düşürük ki, mübarizə zamanı bəzən olmamalı şeylər olur. Buna görə də son oyundakı epizoda qarşı olan kəskin reaksiya bir qədər təəccübləndirdi.

Bizim mövqeyimiz dəyişməz qalır: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru addımlar. Gəlin, futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, müəyyən epizodların ümumi mənzərəni kölgələməsinə imkan verməyək”.

Bənzər Xəbərlər

02.05.2026 - 15:04Ariz Əhədov

Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ

02.05.2026 - 14:00Ariz Əhədov

 Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

01.05.2026 - 17:25Ariz Əhədov

“Həkimin ölməsi ilə bağlı məlumat yalandır” - Rəsmi

01.05.2026 - 17:10Ariz Əhədov

Ana və bacısını qətlə yetirən Kainat - Cəzadan azad edildi

01.05.2026 - 16:15Ariz Əhədov

Qurban Qurbanovun əsas heyətdən qovduğu oyunçu Belçikaya getdi

01.05.2026 - 16:03Ariz Əhədov

Maştağadakı ruhi dispanserin xəstələri QAÇIB? – RƏSMİ AÇIQLAMA

01.05.2026 - 15:38Ariz Əhədov

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

01.05.2026 - 15:25Ariz Əhədov

Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu

01.05.2026 - 15:12Ariz Əhədov

Partlayışda yaralanan həkim vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 335

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 110

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 961

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 185
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.