ABŞ Mərkəzi Komandanlığı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatı davam edir.
YENIERA.az xəbər verir ki, məlumata görə, əməliyyatda 200-dən çox döyüş təyyarəsi iştirak edib. Zərbələr zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2, B-1 və B-52 strateji bombardmançıları İran ərazisinin dərinliyində yerləşən raket obyektlərini və komanda-idarəetmə mərkəzlərini hədəfə alıb.
Dəniz istiqamətində həyata keçirilən hücumlar nəticəsində İranın 17 hərbi gəmisinin, o cümlədən bir sualtı qayığın məhv edildiyi bildirilir.
Hazırda ABŞ qüvvələri İranın qalan mobil raket buraxılış qurğularını aşkarlayaraq sıradan çıxarmağa çalışır.
İran isə cavab olaraq 500-dən çox ballistik raket və 2 000-dən artıq pilotsuz uçuş aparatı (PUA) tətbiq edib.
Eyni zamanda, ABŞ-ın iki aviadaşıyıcı zərbə qrupu İran sahilləri istiqamətində mövqelənərək ölkəni dənizdən mühasirəyə alıb. Bildirilir ki, ABŞ ilk dəfə olaraq PrSM uzun mənzilli raketlərini və LUCAS tipli kamikadze dronlarını real döyüş şəraitində istifadə edib.
Əməliyyata ümumilikdə 50 mindən çox ABŞ hərbçisi cəlb olunub.

