Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bayrama görə bu şəxslərə 500 manat veriləcək
  • DİM sədrinin müsahibəsinə SƏRT REAKSİYA – “Məgər siz imtahanın martda keçirilməsini əsaslandıra bilmisiniz?
  • Əmək pensiyaları ilə bağlı vacib açıqlama
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»DİM sədrinin müsahibəsinə SƏRT REAKSİYA – “Məgər siz imtahanın martda keçirilməsini əsaslandıra bilmisiniz?

DİM sədrinin müsahibəsinə SƏRT REAKSİYA - “Məgər siz imtahanın martda keçirilməsini əsaslandıra bilmisiniz?

Cəmiyyət Ariz Əhədov14.03.2026 - 00:26
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Jurnalist Mikayıl Mirzəzadə yazır…

DİM sədri Məleykə Abbaszadə martın 9-da keçirilən imtahanla bağlı müsahibə verib. Müsahibə zamanı deyib ki, indiyədək test proqramına və ya dərsliyə uyğun olmayan sualların imtahana salınmasına dair iddiaları sübuta yetirən olmayıb:

“Bu iddianı səsləndirənlər hələ də ortaya konkret bir fakt qoya bilməyiblər. Buyurun göstərin, deyin ki, bax bu test proqrama və ya dərsliyə uyğun deyil. Belə fakt mövcud deyil”.

Birincisi, onun verdiyi müsahibə zamanı nitqində səsləndirdiyi ifadələrin, terminlərin və beynəlmiləl sözlərin heç biri ictimaiyyətin səbrini soyutmur. Əksinə, sınayır, daha da kasanı daşırır.

İkincisi, hörmətli Məleykə xanım, niyə yalnız təhsil ekspertlərini və müəllimləri çətin sualların salınması barədə iddiaları sübut etmədiklərinə görə günahlandırırsınız?

Məgər siz bu illər ərzində buraxılış imtahanının niyə məhz mart ayında keçirilməsi haqda bəlirli, əsaslı və lazımi açıqlama verə bilmisiniz? Heç bu müsahibədə də sözügedən məsələyə toxunmamısınız.

Digər bir məsələyə gəlincə, müsahibənizdə yenə əsassız danışaraq qeyd etmisiniz ki, məktəbdən kənar fərdi hazırlıqla məşğul olan – yəni çox zaman repetitor yanına gedən abituriyentlər imtahanın çətinliyindən danışırlar:

“Məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar”.

Yaxşı, bəs hansı abituriyent bu gün deyə bilər ki, o, repetitor, yaxud kursa getməyərək, eyni zamanda evdə təkbaşına, intensiv şəkildə imtahana hazırlaşaraq yüksək nəticə göstərib?

Bu fikir birmənalı şəkildə absurddur. Çünki məktəblərdə olan müəllimlər, sinif rəhbərləri yalnız bayramlarda “şirinlik” alaraq şagirdə qiymət yazırlar. Nə zaman tam peşəkar şəkildə müəllim şagirdə nəsə öyrətmək istəyəndə abituriyent ondan qaçdı?

Düşünürəm ki, hər il rəsmi statistika fonunda çıxış edib özlərini təmizə çıxaran qurum Azərbaycanın gələcək nəsilləri üçün heç bir töhfə verə bilməz.

Bənzər Xəbərlər

14.03.2026 - 00:32Ariz Əhədov

Bayrama görə bu şəxslərə 500 manat veriləcək

14.03.2026 - 00:02Ariz Əhədov

Əmək pensiyaları ilə bağlı vacib açıqlama

13.03.2026 - 23:13Ariz Əhədov

Azərbaycanda bu qurum LƏĞV EDİLDİ

13.03.2026 - 22:56Ariz Əhədov

Tərtərdə doğuş vaxtı ölən 19 yaşlı ananın - Fotosu

13.03.2026 - 22:54Ariz Əhədov

Avtobuslarda gedişhaqqı tarifləri dəyişdi – FOTO

13.03.2026 - 16:35Ariz Əhədov

Bu müəllimlərə şad xəbər - Maaşdan əlavə 500 manat alacaqlar

13.03.2026 - 15:21Ariz Əhədov

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR   —  Prezident bu tapşırığı VERİB

13.03.2026 - 15:10Ariz Əhədov

Murad Dadaşov xəstəxanaya yerləşdirildi - FOTO

13.03.2026 - 14:10Ariz Əhədov

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 113

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 664

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 314

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 758
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.