Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Xamenei huşsuz vəziyyətdədir”
  • 55 yaşında karyerasını bərpa etdi
  • Gəncədə Türkiyə vətəndaşı bıçaqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər – Everestdə 20 milyonluq fırıldaq

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Dünya Ariz Əhədov03.04.2026 - 09:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Nepalda aparılan genişmiqyaslı araşdırma Everest bölgəsində fəaliyyət göstərən bələdçilər, tur operatorları və səhiyyə işçilərindən ibarət şəbəkənin alpinistləri aldadaraq, milyonlarla dollar qazandığını üzə çıxarıb.

Yeniera.az xəbər verir ki, polisin məlumatına görə, 2022-2025-ci illər arasında ən azı 4782 xarici alpinist bu sxemin qurbanı olub.

Saxtakarlıq nəticəsində əldə edilən gəlirin təxminən 20 milyon dollar olduğu bildirilir.

İstintaq çərçivəsində müəyyən edilib ki, şəbəkə alpinistləri lazımsız və ya saxta xilasetmə əməliyyatlarına cəlb edərək, beynəlxalq sığorta şirkətlərini aldadıb. İş üzrə ümumilikdə 32 nəfər ittiham olunub, onlardan 11-i həbs edilib.

Araşdırma zamanı ortaya çıxan faktlar isə xüsusilə diqqət çəkib. Bildirilir ki, bəzi hallarda alpinistlər qəsdən xəstələndirilib. Onların yeməklərinə mədə pozğunluğu yaradan maddələr, o cümlədən, çörək sodası və digər kimyəvi qarışıqlar əlavə edilib. Hətta bəzi hallarda yeməklərə çiy toyuq və siçovul peyini qatıldığı iddia olunur.

Bu üsullarla ürəkbulanma, başgicəllənmə və digər simptomlar yaşayan alpinistlər “təcili vəziyyət” adı ilə bahalı helikopter təxliyələrinə razı salınıb.

Saxtakarlıq prosesi bununla da bitməyib. Məlumata görə, operatorlar eyni helikopterlə bir neçə nəfəri daşısalar da, sənədlərdə hər bir uçuşu ayrı-ayrılıqda göstərərək, xərcləri şişirdiblər. Xəstəxanaların isə müalicə olunmayan turistlər üçün belə saxta tibbi sənədlər hazırladığı bildirilib.

Qeyd edilib ki, Everestdə oxşar saxtakarlıq şəbəkələri 2018-ci ildə ifşa olunsa da, cəza mexanizmlərinin zəifliyi bu kimi halların davam etməsinə şərait yaradıb.

Bənzər Xəbərlər

07.04.2026 - 12:27Ariz Əhədov

“Xamenei huşsuz vəziyyətdədir”

07.04.2026 - 12:15Ariz Əhədov

55 yaşında karyerasını bərpa etdi

07.04.2026 - 12:02Ariz Əhədov

Gəncədə Türkiyə vətəndaşı bıçaqlandı

07.04.2026 - 11:50Ariz Əhədov

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

07.04.2026 - 11:37Ariz Əhədov

Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...

07.04.2026 - 11:23Ariz Əhədov

Samir Babayevə yüksək vəzifə verildi – FOTO

07.04.2026 - 11:15Ariz Əhədov

Köhnə avtomobil sahiblərinə - ŞAD XƏBƏR

07.04.2026 - 11:02Ariz Əhədov

İrana qarşı əməliyyatda 400-ə yaxın amerikalı hərbçi yaralanıb

07.04.2026 - 10:50Ariz Əhədov

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 850

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 830

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 768

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 993
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.