Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hüseyn Bağırov müvəqqəti rəis təyin EDİLDİ
  • Pensiyalar ÖDƏNİLDİ
  • Gürcüstanda azərbaycanlı merin qardaşı saxlanıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək – Fotolar

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək - Fotolar

Siyasət Ariz Əhədov03.04.2026 - 12:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Yeniera.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

“Ümid” körpüsündə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.

Bənzər Xəbərlər

07.04.2026 - 12:52Ariz Əhədov

Hicabla bağlı yayılan xəbərə aydınlıq gətirildi - Açıqlama

07.04.2026 - 09:36Ariz Əhədov

Azərbaycanda zəlzələ oldu

07.04.2026 - 09:15Ariz Əhədov

Bakıda yaşayış evi çökdü: Dağıntı altında qalan olub - GÖRÜNTÜLƏR

07.04.2026 - 09:00Ariz Əhədov

Hikmət Hacıyev paylaşım etdi

06.04.2026 - 20:00Ariz Əhədov

Prezidentin Gürcüstan səfəri başa çatdı - Fotolar

06.04.2026 - 14:20Ariz Əhədov

İlham Əliyevlə Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar

06.04.2026 - 14:10Ariz Əhədov

Prezidentin Kobaxidze ilə geniş tərkibdə görüşü - Fotolar

06.04.2026 - 13:37Ariz Əhədov

İlham Əliyev İrakli Kobaxidze ilə təkbətək görüşdü - Video - Fotolar

06.04.2026 - 11:54Ariz Əhədov

Prezidentlər təkbətək görüşdü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 850

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 830

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 768

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 994
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.