Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ xüsusi təyinatlıları İrana daxil oldu
  • Daha iki ölkə İranla müharibəyə qoşuldu
  • Paşinyan Azərbaycanla bağlı çağırış etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»Mükafat üçün özünü Stadnikin məşqçisi etmişdi – İstefaya göndərildi

Mükafat üçün özünü Stadnikin məşqçisi etmişdi - İstefaya göndərildi

İdman Ariz Əhədov03.04.2026 - 18:14
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Güləş Federasiyasında iki istefa baş tutub. 

Yeniera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş katibin müavini Orxan Məmmədov qurumdan göndərilib.

Bundan başqa Azərbaycan çempionatlarının təşkilati işlərinin rəhbəri Namiq Qurbanov da vəzifəsindən ayrılıb.

Məlumatları federasiyadan saytımıza təsdiq ediblər.

Əslində, onların, xüsusən də Orxan Məmmədovun AGF-dən göndərilməsi qurumda aparılan islahatların nəticəsidir. Azərbaycan güləş federasiyasına baş katib təyin olunan Pərvin Piriyev məhz araşdırdıqdan sonra O.Məmmədovu istefaya göndərib.

Azərbaycan güləşinin ən uğursuz dövrləri də məhz onun baş katib olduğu illərə təsadüf edib. Məhz O.Məmmədovun zamanında Azərbaycan güləşi enişə başladı. Federasiyada çalışan bir çox məşqçilərlə isə problemlər yaşayırdı, onları komandalardan göndərirdi. Maraqlıdır ki, onun zamanından bir neçə idmançı da karyerasını başa vurmuşdu.

Onunla bağlı maraqlı iddia isə Tokio-2020 Yay Olimpiya Oyunları (pandemiyaya görə 2021-ci ildə keçirilib) zamanı federasiya rəsmisi olmasına baxmayaraq özünü Mariya Stadnikin şəxsi məşqçisi olaraq qeyd etməsi idi. Məhz mükafatlara sahib çıxmaq üçün O.Məmmədov Stadnikin şəxsi məşqçisi olaraq qeydiyyata düşmüşdü.

Bununla bağlı milli komandanın baş məşqçisi Aslan Ağayev də 2021-ci ildə, Olimpiadadan öncə açıqlama vermişdi. O bildirmişdi ki, Mariya Stadnikin şəxsi məşqçisi Orxan Məmmədovdur. Lakin həmin vaxt o, baş katib vəzifəsini tuturdu.

Daha bir problem isə Azərbaycan yığmasına başçılıq etdiyi dövrdə ölkəmizə Olimpiya medalları qazandıran Firdovsi Umudovla bağlı idi. O, baş katib təyin olunduqdan sonra məhz F.Umudovu güləşdən uzaqlaşdırmağa çalışırdı. Komandamızın rəhbərliyi altında ən uğurlu dövrünü yaşadığı məşqçini əvvəlcə komandadan, daha sonra federasiyadan uzaqlaşdırmağa nail oldu. Namiq Abdullayev millimizə baş məşqçi təyin edilərkən vitse-prezident olan Firdovsi Umudovun da iclasa çağırılmaması müəmmalı olaraq qalmışdı və səbəbi müəyyənləşdirilməmişdi.

Daha sonra Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasına rəhbər təyin olunduqdan sonra Nəsimi Musayev baş katib təyin edilmişdi və O.Məmmədov vəzifəsindən kənarlaşdırılmışdı. Buna baxmayaraq o federasiyadan birdəfəlik göndərilməmişdi. Baş katibin müavini olaraq da fəaliyyətini davam etdirirdi. Lakin müavin olarkən də federasiyada problemlər səngimək bilmirdi.

Ötən ilin sentyabrında isə Pərvin Piriyev Azərbaycan Güləş Federasiyasına baş katib təyin olundu. Onun gəlişindən sonra isə güləşdə müəyyən dirçəlmə baş verdi. Məhz bundan sonra Orxan Məmmədovun əməlləri araşdırılmağa başlayıb və o, federasiyadan uzaqalşdırılıb.

Maraqlıdır ki, Orxan Məmmədov baş katib olduğu dövrdə mətbuata da qapalı adam idi. O, ümumiyyətlə güləşin vəziyyəti ilə bağlı heç bir suala cavab vermir və media nümayəndələrindən qaçırdı.

Bənzər Xəbərlər

04.04.2026 - 15:05Ariz Əhədov

ABŞ xüsusi təyinatlıları İrana daxil oldu

04.04.2026 - 01:37Ariz Əhədov

Daha iki ölkə İranla müharibəyə qoşuldu

04.04.2026 - 01:27Ariz Əhədov

Paşinyan Azərbaycanla bağlı çağırış etdi

04.04.2026 - 01:21Ariz Əhədov

Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

03.04.2026 - 18:30Ariz Əhədov

DTX-də peşə bayramı günü münasibətilə tədbir - Foto-Video

03.04.2026 - 18:00Ariz Əhədov

Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

03.04.2026 - 17:36Ariz Əhədov

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin diqqətinə

03.04.2026 - 17:15Ariz Əhədov

Qattuzo İtaliya yığmasından göndərildi

03.04.2026 - 16:46Ariz Əhədov

Bakıda subasma təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 814

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 827

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 756

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 990
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.