Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABŞ xüsusi təyinatlıları İrana daxil oldu
  • Daha iki ölkə İranla müharibəyə qoşuldu
  • Paşinyan Azərbaycanla bağlı çağırış etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

Evinin çıxarışı olmayanlar üçün YENİ XƏBƏR

Gündəm Ariz Əhədov04.04.2026 - 01:21
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Bakıda və Abşeron yarımadasında çıxarışı olmayan daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində ciddi yeniliklər gözlənilir”.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda paytaxt və yarımadada təxminən 500 mindən çox sənədsiz daşınmaz əmlak mövcuddur və bu obyektlərin mərhələli şəkildə çıxarışla təmin olunması planlaşdırılır:

“Eyni zamanda, ölkənin rayonlarında da yüz minlərlə daşınmaz əmlak köhnə sənədlərlə – əsasən sovet dövründən qalan ev kitabları ilə istifadə olunur və onların da mərhələli qaydada hüquqi sənədlərlə təmin edilməsi nəzərdə tutulur.

Artıq bu istiqamətdə müəyyən addımlar atılıb və ilkin mərhələdə qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsinə başlanılıb. Növbəti mərhələdə isə torpaq sahələri və fərdi yaşayış evlərinin sənədləşdirilməsi gündəmdədir. Təkliflərə əsasən, əmlak amnistiyası bütün əmlak növlərini və sənədsiz obyektləri əhatə etməlidir. Bu məqsədlə aidiyyəti qurumlarda xüsusi komissiyalar fəaliyyət göstərir və prosesin mərhələləri müəyyənləşdirilir”.

AQC sədri əlavə edib ki, son qərarlara əsasən, vətəndaş müraciət etdikdən sonra 15 gün ərzində onun əmlakının sənədləşdirilməsinə hüquqi maneənin olub-olmaması ilə bağlı rəsmi cavab verilməlidir:

“Əvvəllər mövcud olan bürokratik əngəllərin aradan qaldırılması nəticəsində prosesin daha operativ həyata keçirilməsi mümkün olacaq. Ümumilikdə isə qanunsuz sayılmayan, yəni təhlükəli və qadağan olunmuş ərazilərdə yerləşməyən tikililərin sənədləşdirilməsi daha məqsədəuyğun hesab olunur”./baku.ws/

Bənzər Xəbərlər

04.04.2026 - 15:05Ariz Əhədov

ABŞ xüsusi təyinatlıları İrana daxil oldu

04.04.2026 - 01:37Ariz Əhədov

Daha iki ölkə İranla müharibəyə qoşuldu

04.04.2026 - 01:27Ariz Əhədov

Paşinyan Azərbaycanla bağlı çağırış etdi

03.04.2026 - 18:30Ariz Əhədov

DTX-də peşə bayramı günü münasibətilə tədbir - Foto-Video

03.04.2026 - 18:14Ariz Əhədov

Mükafat üçün özünü Stadnikin məşqçisi etmişdi - İstefaya göndərildi

03.04.2026 - 18:00Ariz Əhədov

Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

03.04.2026 - 17:36Ariz Əhədov

Son 19 ildə bələdiyyə torpağı almış şəxslərin diqqətinə

03.04.2026 - 17:15Ariz Əhədov

Qattuzo İtaliya yığmasından göndərildi

03.04.2026 - 16:46Ariz Əhədov

Bakıda subasma təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 814

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 827

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 756

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 990
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.