Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident onları təltif etdi – SƏRƏNCAM
  • Trampı İrana güzəştə getməməyə çağırdı
  • “Məni VAR-a çağırmayın” – Əliyardan həmkarlarına tapşırıq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda subay qadınlara 30 yaşa qədər pul verilə bilər?

Azərbaycanda subay qadınlara 30 yaşa qədər pul verilə bilər?

Gündəm Ariz Əhədov07.04.2026 - 09:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Küveytdə hökumət 30 yaşına qədər ailə qurmayan qadınlara aylıq müavinət verəcək. Bu qərar qadınların həyat keyfiyyətini artırmaq və sosial təminatı gücləndirmək məqsədilə qəbul olunub.

Bildirilib ki, Küveyt dövləti 30 yaşdan yuxarı subay qadınlara aylıq 560 Küveyt dinarı (təxminən 3075 manat) müavinət ödəyəcək. Müavinət daha çox gəliri olmayan və valideynini itirmiş xanımlara yönəldiləcək. Bənzər qərarın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də tətbiq edildiyi deyilir.

Maraqlıdır, bu cür sosial təşəbbüs Azərbaycanda da mümkündürmü?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, ümumilikdə bu, çox gözəl ideyadır:

“Azərbaycanda da belə təşəbbüs faydalı olar. Lakin iqtisadi imkanlar və şərait buna uyğundurmu? Analoji təşəbbüs ölkəmiz üçün də çox müsbət nəticələr verə bilər.

Lakin Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanı müqayisə etmək nə dərəcədə düzgündür, bilmirəm”.

İqtisadçı Emin Qəribli isə deyib ki, həmin sosial müavinət 30 yaşından yuxarı, valideynsiz və müəyyən sosial çətinlikləri olan şəxslərə şamil edilir:

“Lakin bu məsələni dəqiq müzakirə etmək üçün qanunvericiliyə baxmaq lazımdır, çünki orada müvafiq şərtlər və tələblər göstərilib. Ona görə də, ətraflı danışmaq çətindir. Tam əksini isə inkişaf etmiş ölkələrin təcrübəsindən görmək mümkündür. Orada ailəsi olmayan və ya 30-40 yaşdan yuxarı şəxslərə müəyyən vergi və ya sosial siyasət tətbiq olunur. Məsələn, ailəsi olmayanlara əlavə vergi tətbiq edildiyi hallara rast gəlinir, uşağı olanlara isə müvafiq güzəştlər verilir. ABŞ və Avropa ölkələrində övladı olan ailələr bəzi hallarda təhsil haqqından vergi güzəştləri əldə edir, lakin 30 yaşına qədər ailə qurmayanlara əlavə ödəniş və ya güzəşt məsələsi ölkədən-ölkəyə fərqlənir”.

İqtisadçı deyib ki, bu cür sosial təşəbbüslər yalnız xüsusi hallara – valideynini itirmiş və ya maddi vəziyyəti çətin olan şəxslərə aid edilir:

“Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, evli və övladlı şəxslərə sosial və vergi üstünlükləri verildiyi halda, subay şəxslər üçün əlavə vergi və ya sosial tənzimləmələr tətbiq oluna bilər”.

Bənzər Xəbərlər

07.04.2026 - 16:05Ariz Əhədov

Trampı İrana güzəştə getməməyə çağırdı

07.04.2026 - 15:36Ariz Əhədov

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

07.04.2026 - 15:35Ariz Əhədov

Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto

07.04.2026 - 15:22Ariz Əhədov

İstanbulda İsrail konsulluğuna hücum: 3 ölü

07.04.2026 - 15:10Ariz Əhədov

Yüksək vəzifəyə təyinat OLDU

07.04.2026 - 14:50Ariz Əhədov

Bakıda aktyorun anası döyüldü — Təfərrüat

07.04.2026 - 14:25Ariz Əhədov

Sabahın havası AÇIQLANDI

07.04.2026 - 14:14Ariz Əhədov

İran Trampdan Vensi istəyir

07.04.2026 - 13:58Ariz Əhədov

Hüseyn Bağırov müvəqqəti rəis təyin EDİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 852

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 830

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 768

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 995
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.