Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident onları təltif etdi – SƏRƏNCAM
  • Trampı İrana güzəştə getməməyə çağırdı
  • “Məni VAR-a çağırmayın” – Əliyardan həmkarlarına tapşırıq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»“Məni VAR-a çağırmayın” – Əliyardan həmkarlarına tapşırıq

“Məni VAR-a çağırmayın” - Əliyardan həmkarlarına tapşırıq

VİDEO XƏBƏRLƏR Ariz Əhədov07.04.2026 - 15:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev artıq bir neçə gündür ki, gündəmdən düşmək bilmir.

Yeniera.az xəbər verir ki, təcrübəli hakim ölkə kubokunun 1/2 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçında verdiyi qərarlarla diqqətləri üzərinə çəkib.

O, tovuzluların iki penaltisini verməməklə nəticəyə təsir edən səhvlərə yol verdi. Ötən gün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Ağayevin yanlış qərarlar verdiyini təsdiq etdi. Bu səbəbdən təcrübəli FİFA referisi cəzalandırılaraq adı ötən gün keçirilən “Qarabağ” – “Karvan-Yevlax” (7:0) matçının hakimləri siyahısından çıxarıldı.

Ə.Ağayev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı hakimdir. O, UEFA-nın ən nüfuzlu yarışlarının qrup mərhələlərinin matçlarına təyinat alır. Elit kateqoriya yolunda irəliləyən hakimin kubok matçında bu cür ciddi səhvlərə yol verməsi əlbəttə ki, anlaşılmaz durum yaradırdı. Maraqlıdır ki, Əliyar Ağayev bir neçə tur öncə “Şamaxı” – “Neftçi” oyununda qonaqların qapısına eyni qayda pozuntusuna görə təyin edilən penaltini də diqqətə almayıb. Həmin görüşdə “Neftçi” tərəfi epizoddan narazı qalsa da, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın doğru olduğunu təsdiq etmişdi.

Bütün bu halları nəzərə alaraq, Ə.Ağayev kimi hakimin verdiyi qərar sorğu-sual olunur.

Əldə etdiyimiz məlumata görə, Ağayev VAR-ın onun qərarlarına müdaxilə etməsini xoşlamır. Azərbaycan çempionatında VAR tətbiq olunmağa başlayarkən o, hakimlərə şərt qoyub. Təcrübəli referi bildirib ki, həmkarlarından heç biri onu VAR monitoruna çağırmasın.

Ə.Ağayev həmçinin deyib ki, onun meydanda verdiyi qərarlar doğrudur və heç bir qərarının səhv olduğunu düşünmür.

Məhz təkəbbürlü davranışı hakimin səhvlərinin əsas səbəblərindən biri sayılır. Elə bunları nəzərə alsaq, UEFA kateroqiyalı hakimin bundan öncə də anoloji davranışlar sərgilədiyini bildirməliyik. O, bir neçə dəfə çağırılsa da, ya VAR monitoruna baxmağa getməyib, ya da gedib qərarını yanlış olsa belə, dəyişdirməyib.

Bu cür hallar hazırda ən yüksək təyinatlar alan hakimimizin ciddi səhvlərə yol verməsinə gətirib çıxarır. Eynilə ötən həftə keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında olduğu kimi.

Bənzər Xəbərlər

07.04.2026 - 13:05Ariz Əhədov

Yolun bir kilometrlik hissəsi tamamilə dağıldı - Video

07.04.2026 - 12:40Ariz Əhədov

“Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim” - Video

07.04.2026 - 12:15Ariz Əhədov

55 yaşında karyerasını bərpa etdi

06.04.2026 - 15:00Ariz Əhədov

Əliyar Ağayevin səhv qərar verdiyi təsdiqləndi - İkisi də penalti imiş

06.04.2026 - 14:45Ariz Əhədov

Klub rəhbəri ölkədən qaçdı - prezident Ceyhun Sultanov olacaq - Video

06.04.2026 - 11:43Ariz Əhədov

Nazir Keşləyə getdi - Video

06.04.2026 - 11:00Ariz Əhədov

Siyəzəndə körpü uçdu - Video

06.04.2026 - 10:46Ariz Əhədov

“Qarabağ” “Karvan-Yevlax”a qarşı

06.04.2026 - 10:13Ariz Əhədov

Qusarda sel transformatoru belə apardı - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 854

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 832

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 770

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 995
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.