Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tiktoker “Roşka”nın videogörüntüləri ilə bağlı MÜƏMMA
  • Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ
  • İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Verilən vaxt bitir – Bu gecə İran məhv ediləcək?

Verilən vaxt bitir - Bu gecə İran məhv ediləcək?

Dünya Ariz Əhədov07.04.2026 - 20:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ prezidenti Donald Trampın təslim olmaq üçün İrana verdiyi vaxt bu gün saat 20.00-da başa çatır. İran hakimiyyəti Trampın tələblərini qəbul etməyib. Artıq bir neçə saatdır ABŞ və İsrailin Xarq adasında İranın mühüm strateji obyektlərinə şiddətli bombardman həyata keçirdiyi xəbərləri yayılıb.

Yeniera.az bildirir ki, bunun ardınca isə Tramp az öncə sosial media paylaşımında daha dəhşətli senarinin anonsu sayılan xəbərdarlıq edib: “Bu gecə bütün bir sivilizasiya məhv olacaq, heç vaxt yenidən doğulmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Lakin indi tam və tam rejim dəyişikliyi baş verdiyindən, digər, daha ağıllı, daha az radikal ağıllar üstünlük təşkil etdiyi zaman bəlkə də inqilabi və gözəl bir şey baş verəcək. KİM BİLİR? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq. Tanrı böyük İran millətinə xeyir versin!”.

ABŞ prezidentinin bu sözləri taktiki nüvə silahının işlədilməsi variantının reallaşmasının anonsu sayıla bilərmi? Taktiki nüvə silahının işlədilməsinin İrana hansı təsirləri ola bilər? İranın taleyi bu gecə birdəfəlik həll olunacaqmı?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Tram taktiki nüvə silahından istifadə etməyə cəsarət etməyəcək, başqa ağır silahlardan istifadə edəcək: “Əgər onun dediyi kimi söhbət bir sivilizasiyanın mıhv edilməsindən gedirsə bunun üçün taktiki nüvə silahı kifayət eləməz, daha böyük öldürücü gücə malik olan strateji bombalardan istifadə eləmək lazımdır. Ancaq mən belə düşünürəm ki, Tramp həm ABŞ-dəki, həm dübyadakı ictimai rəyi nəzərə alıb taktiki nüvə silahından istifadə etməyəcək. Lakin daha böyük dağıdıcı bunker bombalarından, başqa ən müasir raketlərdən istifadə edərək İranın strateji obyektlərini bu gecə sıradan çıxarmağa çalışacaq. Bunu da bir sivilizasiyanın məhvi kimi qələmə verəcək və ealn edəcək ki, məsələni həll etdi, öz məqsədinə çatdıq. Bu gecə İranın mühüm strateji elektrik stansiyalarını və digər həyati əhəmiyyətli obyektləri sıradan çıxarıla bilər. Ancaq bu, İranda rejimin dəyişməsi olmayacaq”.

Ekspertin sözlərinə görə, əgər Tramp taktiki nüvə silahlarından istifadə etmək qərarına gələrsə bunun üçün çox böyük sayda taktiki nüvə silahlarına ehtiyac var: “Məlumdur ki, ABŞ-nin cəmi 200 taktik nüvə silahı var və onun 50-si Türkiyədədir. Onu da nəzərə alsaq ki, taktiki nüvə silahlarının təsir gücü təxminən 1-2 kvadrat kilometr sahəni əhatə edir, 1,6 milyon kvadrat km. sahəsi olan İrana nə qədər taktiki nüvə silahı atılmalıdır ki, Tramp öz məqsədinə çata bilsin. Hətta bütün mövcud 200 arsenalını İrana atsa bu təxminən 400 kv.km. sahədə təsiri olacaq”.

Bənzər Xəbərlər

07.04.2026 - 22:00Ariz Əhədov

Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı MÜƏMMA

07.04.2026 - 21:40Ariz Əhədov

Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

07.04.2026 - 21:20Ariz Əhədov

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

07.04.2026 - 21:00Ariz Əhədov

SEPAH-dan ABŞ-yə xəbərdarlıq 

07.04.2026 - 20:10Ariz Əhədov

Cəzaçəkmə müəssisəsində yanğın - İki nazirlik birgə məlumat yaydı

07.04.2026 - 17:25Ariz Əhədov

Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı

07.04.2026 - 17:20Ariz Əhədov

“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı

07.04.2026 - 16:50Ariz Əhədov

İlham Əliyev bu sənədi təsdiqlədi

07.04.2026 - 16:05Ariz Əhədov

Trampı İrana güzəştə getməməyə çağırdı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 856

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 834

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 773

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 995
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.