Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tiktoker “Roşka”nın videogörüntüləri ilə bağlı MÜƏMMA
  • Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ
  • İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

İranın Azərbaycandakı səfirliyi bəyanat yaydı

Siyasət Ariz Əhədov07.04.2026 - 21:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə qurduğu təxribatları neytrallaşdırmaq üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir.

Yeniera.az trend.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

“Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib”, – deyə bəyanatda vurğulanıb.

Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək cəhdlərinə qarşı mübarizənin zəruri olduğunu bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Bənzər Xəbərlər

07.04.2026 - 22:00Ariz Əhədov

Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı MÜƏMMA

07.04.2026 - 21:40Ariz Əhədov

Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

07.04.2026 - 21:00Ariz Əhədov

SEPAH-dan ABŞ-yə xəbərdarlıq 

07.04.2026 - 20:10Ariz Əhədov

Verilən vaxt bitir - Bu gecə İran məhv ediləcək?

07.04.2026 - 20:10Ariz Əhədov

Cəzaçəkmə müəssisəsində yanğın - İki nazirlik birgə məlumat yaydı

07.04.2026 - 19:33Ariz Əhədov

Zaur Əliyevə yüksək vəzifə verildi - SƏRƏNCAM

07.04.2026 - 17:25Ariz Əhədov

Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı

07.04.2026 - 17:20Ariz Əhədov

“Kapital Bank”ın sədri “Yüksəliş” qalibləri ilə mentorluğa başladı

07.04.2026 - 16:50Ariz Əhədov

İlham Əliyev bu sənədi təsdiqlədi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 856

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 834

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 773

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 995
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.