Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? – Dosye
  • İran sabah Hörmüz boğazını aça bilər
  • “Ya özləri təhvil verəcək, ya da…” – Heqset
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu məktəblər birləşdirilir? – Rəsmi AÇIQLAMA

Bu məktəblər birləşdirilir? - Rəsmi AÇIQLAMA

Gündəm Ariz Əhədov08.04.2026 - 13:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Biləsuvar rayonunun Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən Yeniera.az-a verilən məlumata görə, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin əsas məqsədlərindən biri resursların daha effektiv istifadəsidir: “Bu zaman şagird sayı az olan məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir və optimallaşdırma ilə bu xərclər azaldılaraq dövlət büdcəsinə qənaət oluna bilər. Digər məqsəd təhsil keyfiyyətinin yüksəldilməsidir ki, az sayda şagirdlə fəaliyyət göstərən məktəblərdə müəllimlərin peşəkarlığına uyğun tədris təşkil etmək çətin olur. Şagirdlər daha yaxşı şəraitə malik məktəblərdə təhsil alarsa, bu, nəticələrə müsbət təsir göstərə bilər”.

İdarənin açıqlamasında qeyd olunub ki, Biləsuvar rayon Zəhmətabad kəndində yerləşən iki məktəb arasında 1 km məsafə var: “Biləsuvar rayonu Zəhmətabad kəndində iki ümumtəhsil məktəbi var ki, bunlar Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbidir.

Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi 170 şagird yerlik olmaqla 1964-cü ildə yaradılıb, hazırda 328 nəfər şagird 6 günlük və iki növbəli iş rejimində təhsil alır. Binanın maddi infrastrukturu və maddi texniki bazası qənaətbəxş səviyyədə deyil. Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi isə 1980-ci ildə yaradılmış, 420 şagird yerlik birtipli ikimərtəbəli tədris binasında 335 nəfər şagird 6 günlük və ikinövbəli iş rejimində təhsil alır. Binanın infrastrukturu və maddi-texniki bazası digər məktəblə müqayisədə qənaətbəxşdir”.

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin optimallaşdırılması ilə bağlı bütün məqamlar təhlil edilir: “Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılarsa, şagirdlərin digər məktəbə yerləşdirilməsi, məsafə, məktəbin pedaqoji və texniki heyətinin işlə təmin olunması, məktəb şagirdlərinin digər məktəbə köçürülməsi zamanı tədrisin keyfiyyətinə necə təsir etməsi və s. kimi məsələlər təhlil edilir. Bu təhlillər nəticəsində məktəbin optimallaşdırılması barədə yekun qərar veriləcək və hələ ki optimallaşdırma barədə qərar yoxdur”.

Bənzər Xəbərlər

08.04.2026 - 18:08Ariz Əhədov

BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? - Dosye

08.04.2026 - 17:56Ariz Əhədov

İran sabah Hörmüz boğazını aça bilər

08.04.2026 - 17:43Ariz Əhədov

“Ya özləri təhvil verəcək, ya da...” - Heqset

08.04.2026 - 17:30Ariz Əhədov

Çelsi Baxşıyeva ilə gündəmə gələn Anar Pirməmmədov FHN-dəki vəzifəsinə QAYTARILDI

08.04.2026 - 17:16Ariz Əhədov

Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

08.04.2026 - 17:02Ariz Əhədov

Modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyası YUNESKO-nun mənzil-qərargahında 

08.04.2026 - 16:50Ariz Əhədov

“Nar” inklüziv təşəbbüsə qoşulub

08.04.2026 - 16:31Ariz Əhədov

Şimşək, dolu, qar... - Xəbərdarlıq

08.04.2026 - 16:18Ariz Əhədov

Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 880

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 838

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 781

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 999
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.