Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? – Dosye
  • İran sabah Hörmüz boğazını aça bilər
  • “Ya özləri təhvil verəcək, ya da…” – Heqset
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Nar” inklüziv təşəbbüsə qoşulub

“Nar” inklüziv təşəbbüsə qoşulub

Cəmiyyət Ariz Əhədov08.04.2026 - 16:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sərfəli mobil operator “Nar” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir.

Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində keçirilir.

Qeyd edək ki, aprel ayı ərzində davam edəcək proqramda iştirakçılar “Nar”ın müxtəlif departamentlərində təcrübə keçirlər. Ümumilikdə 30 nəfərdən ibarət iştirakçı qrupu real iş mühiti ilə tanış olur, gündəlik iş proseslərində iştirak edir və praktiki biliklərini inkişaf etdirir.

Xatırladaq ki, “Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verir. Şirkət müxtəlif bacarıqlara və fərqli həyat təcrübələrinə malik şəxslər üçün əlçatan və bərabər imkanlar yaradan iş mühitinin formalaşdırılmasını prioritet hesab edir. Bu cür təşəbbüslərlə mobil operator həm inklüziv korporativ mədəniyyətin inkişafına, həm də cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməyə davam edir. “Nar”ın həyata keçirdiyi digər sosial layihələr haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 




Bənzər Xəbərlər

08.04.2026 - 18:08Ariz Əhədov

BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? - Dosye

08.04.2026 - 17:56Ariz Əhədov

İran sabah Hörmüz boğazını aça bilər

08.04.2026 - 17:43Ariz Əhədov

“Ya özləri təhvil verəcək, ya da...” - Heqset

08.04.2026 - 17:30Ariz Əhədov

Çelsi Baxşıyeva ilə gündəmə gələn Anar Pirməmmədov FHN-dəki vəzifəsinə QAYTARILDI

08.04.2026 - 17:16Ariz Əhədov

Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldu

08.04.2026 - 17:02Ariz Əhədov

Modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyası YUNESKO-nun mənzil-qərargahında 

08.04.2026 - 16:31Ariz Əhədov

Şimşək, dolu, qar... - Xəbərdarlıq

08.04.2026 - 16:18Ariz Əhədov

Putinlə Paşinyanın həmin görüşü ilə bağlı - İddia

08.04.2026 - 16:05Ariz Əhədov

İşdən çıxarılan müavin nazirlikdə müşavir oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 881

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 838

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 782

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 999
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.