Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ​Bazar günləri bəxti gətirən 5 bürc
  • Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO
  • “Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Gecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq – 2 gün – Yenilənib

Gecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün - Yenilənib

Gündəm Ariz Əhədov09.04.2026 - 17:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

– Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;

– Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).

İşlərin icra tarixi və müddəti: 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək – 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək

Göstərilən tarixlərdə:

– Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq;

– Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

***

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bununla əlaqədar WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Bənzər Xəbərlər

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

25.04.2026 - 19:24Ariz Əhədov

Dahi Sənətkarın İşığına Toplaşanlar: Musiqi və Elm Vəhdətdə

25.04.2026 - 18:40Ariz Əhədov

Trampdan sonra kim prezident olacaq? - Adlar

25.04.2026 - 18:30Ariz Əhədov

Bakıda iki nəfərin meyiti tapıldı

25.04.2026 - 18:00Ariz Əhədov

Polis əməliyyat keçirdi, 153 nəfər saxlanıldı

25.04.2026 - 16:30Ariz Əhədov

“Qarabağ” və “Neftçi”dən birgə - Bəyanat

25.04.2026 - 16:15Ariz Əhədov

“Bu gün 6 sənəd imzaladıq” - Zelenski

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 213

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 011

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 125
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.