Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu tarixdə intensiv yağış yağacaq – Dolu düşəcək
  • Aprelin sonu bəzi bürclərə uğur gətirəcək – ADLAR
  • Vüsal Aslanov ona yüksək vəzifə verdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Onların ailələri üçün vergi güzəştləri olacaq

Onların ailələri üçün vergi güzəştləri olacaq

Gündəm Ariz Əhədov10.04.2026 - 15:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Yeniera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

Qanun layihəsini təqdim edən Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, minatəmizləmə fəaliyyəti müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından ən həssas və həyati əhəmiyyət daşıyan sahələrdən biridir:

“Müharibədən və işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, infrastrukturun yenidən qurulması məhz bu təhlükəli, lakin şərəfli fəaliyyətin nəticəsində mümkün olur. Lakin bu müqəddəs missiya böyük risklər və itkilər hesabına həyata keçirilir. Humanitar, hərbi və operativ minatəmizləmə zamanı həyatını itirənlər öz canları bahasına insanların təhlükəsizliyini təmin edən, gələcək nəsillərə daha təhlükəsiz bir vətən miras qoyan qəhrəmanlardır.

Bu baxımdan, minatəmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı yalnız sosial siyasətin bir istiqaməti deyil, eyni zamanda mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanist siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir.

Məqsədimiz məhz bu istiqamətdə həyata keçirilən sosial siyasətin mahiyyətini, dövlət tərəfindən görülən tədbirləri və gələcəkdə bu sahədə atılmalı olan addımları diqqətə çatdırmaqdır. Təqdim olunan Qanun layihəsi də minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb”.

“Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur”, – deputat qeyd edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.//“Qafqazinfo”

Bənzər Xəbərlər

10.04.2026 - 18:20Ariz Əhədov

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10.04.2026 - 18:08Ariz Əhədov

Aprelin sonu bəzi bürclərə uğur gətirəcək - ADLAR

10.04.2026 - 17:50Ariz Əhədov

Vüsal Aslanov ona yüksək vəzifə verdi - FOTO

10.04.2026 - 17:38Ariz Əhədov

13 ildən sonra xaricdə tutuldu: Bakıya gətirilir

10.04.2026 - 17:25Ariz Əhədov

İranda əhaliyə yod həbləri paylanıb

10.04.2026 - 17:12Ariz Əhədov

Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

10.04.2026 - 17:00Ariz Əhədov

İntiqam Səfərəliyev azadlığa buraxıldı - Nazir oğlu etiraz etməmişdi

10.04.2026 - 16:46Ariz Əhədov

Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

10.04.2026 - 16:35Ariz Əhədov

“Onu həmişə çox sevmişəm, ürəyimdə başqa yeri var” - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 925

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 844

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 809

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 008
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.