Naxçıvan Muxtar Respublikasında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatı ləğv olunub.
Yeniera.az xəbər verir ki, bununla bağlı qərar Ali Məclisin plenar iclasında qəbul edilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan MR-in İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
Onun sözlərinə görə, bu dəyişikliklər “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” qanunun ləğv edilməsini zəruri edib.
Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

