Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan çempionatında fantastik qol – Video
  • Alimentə görə mənəvi zərər tutula bilərmi? – Ali Məhkəmədən cavab
  • “Qalatasaray” 4 ulduzunu yola salır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Rəis və sabiq icra məmuru külli miqdarda alimenti mənimsədi

Rəis və sabiq icra məmuru külli miqdarda alimenti mənimsədi

Hadisə Ariz Əhədov14.04.2026 - 11:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Yeniera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərzində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər Xəbərlər

15.04.2026 - 18:10Ariz Əhədov

Alimentə görə mənəvi zərər tutula bilərmi? - Ali Məhkəmədən cavab

15.04.2026 - 17:42Ariz Əhədov

İranda xariclə əlaqəli daha 6 nəfər həbs edildi

15.04.2026 - 17:30Ariz Əhədov

ATU-nun yeni mətbuat katibi o oldu

15.04.2026 - 14:50Ariz Əhədov

Güləşçilərimiz Türkiyədə 8 qızıl medal qazandı

15.04.2026 - 14:01Yeni Era

Paytaxtda mühafizəçi mərasim evində öldü

15.04.2026 - 12:36Ariz Əhədov

Leyla və Alena Əliyevalar sərgidə - Fotolar

15.04.2026 - 12:22Ariz Əhədov

Nüfuz alverində ittiham olunan polkovnik - Cərimə olundu

15.04.2026 - 12:14Ariz Əhədov

Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video

15.04.2026 - 12:10Ariz Əhədov

Hacı Əliyev mayor rütbəsi aldı - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 987

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 863

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 850

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 027
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.