Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident təbrik məktubu göndərdi
  • Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
  • Siyəzəndə körpü uçdu: Kəndlə əlaqə kəsildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi

Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi

Hadisə Ariz Əhədov14.04.2026 - 12:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib.

Yeniera.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.

E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb.

Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində “escortazofficial” “Telegram”səhifəsi və “escortaze.com” saytı vasitəsilə fahişəliyə cəlb edib.

Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

Bənzər Xəbərlər

30.05.2026 - 10:53Ariz Əhədov

Siyəzəndə körpü uçdu: Kəndlə əlaqə kəsildi

30.05.2026 - 10:00Ariz Əhədov

Bakıda “mall”un dam örtüyü uçdu - Video

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:35Ariz Əhədov

Lerikdə ŞOK HADİSƏ - Qorxunc GÖRÜNTÜLƏR - VİDEO

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

29.05.2026 - 23:48Ariz Əhədov

Alidə Hüseynova VƏFAT ETDİ - FOTO

29.05.2026 - 23:35Ariz Əhədov

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?

29.05.2026 - 20:58Ariz Əhədov

Məşhur bazarın sahibi VƏFAT ETDİ - FOTO

29.05.2026 - 15:32Ariz Əhədov

DƏHŞƏTLİ avtobus qəzası - Yaralılar var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 264

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 034

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 257
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.