Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”
  • Estetik əməliyyatlarla 7 il gizlənə bildi – Foto
  • Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

İqtisadiyyat Ariz Əhədov18.04.2026 - 11:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən “Port Baku” ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda “İçərişəhər” və “Sahil” metrosunun, Yasamalda “Elmlər Akademiyası” metrosunun ətrafı, “Statistika dairəsi” və s. kimi yerlərdə qiymətlər yüksək həddədir”.

Yeniera.az Qaynarinfo xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:

“Köhnə tikililərdə isə bu rəqəm təqribən 3000-4500 manat arasındadır. Bu qiymətlər zaman keçdikcə artır. Mənzillər təbii ki, digər daşınmaz əmlak növlərinə nisbətən daha yüksək qiymətə təklif olunur. Mərkəzdə torpaq sahələri həddindən artıq yüksək qiymətə satılır. Elə ərazilər var ki, orada torpaq sahəsi tapmaq mümkün olmasa da, hesablamalarımıza görə 1 sotun dəyəri təqribən 2 milyon manat olan ərazilər var. Bu əsasən, Nizami küçəsi ətrafında olan yerləri, Yusif Məmmədəliyev küçəsini və Neftçilər prospektinin mərkəzə yaxın hissəsini özündə əks etdirir. Burada xüsusilə Zərifə Əliyeva küçəsini qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti təqribən 1 və 1,5 milyon manat arasında dəyişir. Ən yüksək mənzil təklif qiyməti isə bir kvadratmetr üçün 17 500 manatdır. Bu, Nəsimi rayonunda yerləşən “Crescent Mall” üzərindəki yaşayış kompleksindədir. Cari ilin ilk rübündə ortalama bütün yeni tikililər 3,6, köhnə tikililər isə 2,4 faiz qiymət artımına məruz qalıb.

İkinci inkişaf ərazisi isə Xətai rayonunun “Ağ Şəhər” olan ərazisinin ətrafı, Həzi Aslanov və Nəriman rayonun bir hissəsi, Yasamal rayonunun orta inkişaf edən massivləri, Nizami və Binəqədi rayonlarıdır. Bu ərazilərdə yeni tikililərdə qiymətlər təqribən bir kvadratmetri 2300-3700 manat, köhnə tikililərdə isə 2000-2500 manat arasında dəyişir. Son olaraq Xəzər, Qaradağ və Pirallahı rayonlarını qeyd etmək istərdim. Bu ərazilərdə qiymətlərin artım dinamikası həddən aşağıdır”.

Bənzər Xəbərlər

18.04.2026 - 15:15Ariz Əhədov

“Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”

18.04.2026 - 15:00Ariz Əhədov

Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

18.04.2026 - 14:42Ariz Əhədov

Bazar günü 25 dərəcə isti olacaq

18.04.2026 - 14:30Ariz Əhədov

Paytaxtın məşhur hospitalında ÖLÜM

18.04.2026 - 14:13Ariz Əhədov

Bu iki qurum birləşdirildi

18.04.2026 - 14:00Ariz Əhədov

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

18.04.2026 - 13:25Ariz Əhədov

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

18.04.2026 - 12:40Ariz Əhədov

General Müşfiq Məmmədov buna görə İŞDƏN ÇIXARILIB

18.04.2026 - 12:25Ariz Əhədov

İntensiv yağış yağacaq, qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 032

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 882

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 872

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 041
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.