Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində panel müzakirəsində iştirak edəcəklər.
Yeniera.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.
“Strateji bölücü xətlər: Münaqişələrin idarə edilməsi və Avropanın şərq qonşuluğu zonasında dayanıqlığın formalaşdırılması” adlanan panel müzakirələrində Qriqoryan və Hacıyevdən başqa, Yunanıstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Stanislav Sekrieru da iştirak edəcəklər.
Qeyd edək ki, iqtisadi forum aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək.
Bizi X şəbəkəsində izləyin

