Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda parik taxaraq cinayətlər törədibmiş – Video
  • ABŞ Sakit okeanda katerə zərbə endirdi – 2 ölü
  • “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” – Yenilənib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Onlar 1500 manat cərimə ediləcək

Onlar 1500 manat cərimə ediləcək

Gündəm Ariz Əhədov21.04.2026 - 13:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımaq və bu kimi əməllərə görə məsuliyyət müəyyən olunur.

Yeniera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə yeni – “Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulması” adlı maddə əlavə edilir.

Layihəyə əsasən, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə – min beş yüz manat məbləğində cərimə ediləcək.

Həmçinin xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə – inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək.

Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə – beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulacaq.

Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlayan şəxslərə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaqlar.

Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə – min beş yüz manat məbləğində cərimə ediləcək.

İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə olunacaqlar.

Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları ve sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə müəyyən ediləcək.

Qeyd edilib ki, həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

25.04.2026 - 14:18Ariz Əhədov

ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü

25.04.2026 - 11:30Ariz Əhədov

“Azeri Light” bahalaşdı

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:50Ariz Əhədov

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 001

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 119
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.