Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda parik taxaraq cinayətlər törədibmiş – Video
  • ABŞ Sakit okeanda katerə zərbə endirdi – 2 ölü
  • “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” – Yenilənib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»TƏBİB sədri Yeni Klinikanın rəhbərini VƏZİFƏSİNDƏN azad etdi – Sırada onlardır…

TƏBİB sədri Yeni Klinikanın rəhbərini VƏZİFƏSİNDƏN azad etdi – Sırada onlardır… 

Gündəm Ariz Əhədov21.04.2026 - 16:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanın səhiyyə idarəetməsində genişmiqyaslı kadr islahatlarına start verilib. Cəmi bir neçə gün əvvəl, aprelin 17-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsinə təyin edilən Anar Bayramov qurumun idarəetmə aparatında ciddi təmizləmə işlərinə başlayıb.

Onun təyinatı sistemdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, ilk qərarlar kifayət qədər kəskin xarakter alıb. Əldə edilən məlumata görə, Anar Bayramovun müvafiq əmri ilə TƏBİB-in dörd müşaviri – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu eyni gündə tutduqları vəzifələrdən azad olunublar.

Bu siyahıya cəmi 17 gün əvvəl TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən müşavir təyin edilmiş həkim Zeynal Bayramlı da daxildir. Qurumdakı digər müşavirlərin də ərizələrinin alındığı və hazırda bu postlara heç bir təyinatın olmadığı bildirilir. Eyni zamanda, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də icraçı direktorun əmri ilə işdən kənarlaşdırılıb.

Qurumun mərkəzi aparatındakı bu “istefalar dalğası” artıq paytaxtın iri tibb müəssisələrini də bürüməyə başlayıb.

Yeniera.az xəbər verir ki, NOCOMMENT.az-a daxil olan ən son məlumata görə, adı müxtəlif qalmaqallarda, o cümlədən Vüqar Qurbanov və Zaur Əliyevin tender ortağı kimi hallanan “Yeni Klinika”nın direktoru Barat Yusifov artıq vəzifəsindən azad edilib. Uzun müddətdir fəaliyyəti və tender əməliyyatları ilə bağlı müzakirə olunan Barat Yusifovun gedişi TƏBİB-in yeni rəhbərliyinin islahat karvanının ilk mühüm hədəflərindən biri hesab olunur. Bunun ardınca Kliniki Tibbi Mərkəz (KTM) və Respublika Urologiya Xəstəxanasının rəhbərliyində də bənzər kəskin qərarların veriləcəyi gözlənilir. TƏBİB rəhbərliyindəki bu radikal dəyişikliklər tibbi xidmətlərin keyfiyyətinin artırılması və idarəetmə strukturunun şübhəli şəxslərdən təmizlənməsi məqsədi daşıyır. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, müşahidəçilər Anar Bayramovun bu addımlarını qurumda “köhnə komanda”nın və neqativ hallarla əlaqələndirilən şəxslərin tamamilə uzaqlaşdırılması kimi xarakterizə edirlər.

Bənzər Xəbərlər

25.04.2026 - 14:18Ariz Əhədov

ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü

25.04.2026 - 11:30Ariz Əhədov

“Azeri Light” bahalaşdı

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:50Ariz Əhədov

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 002

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 923

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 119
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.