Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda parik taxaraq cinayətlər törədibmiş – Video
  • ABŞ Sakit okeanda katerə zərbə endirdi – 2 ölü
  • “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” – Yenilənib
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Avtomobillərin icbari sığortası qaydası DƏYİŞİR – 2 aydan sonra…

Avtomobillərin icbari sığortası qaydası DƏYİŞİR - 2 aydan sonra...

İqtisadiyyat Ariz Əhədov21.04.2026 - 17:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda dəyişikliklər edib.

Yeniera.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, hazırda qüvvədə olan Bonus-Malus sistemi ləğv edilir, əvəzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqının hesablanmasında sığorta tarixçəsi əmsalı tətbiq edilir.

Qaydanın məqsədləri üçün müəyyən edilən sığorta tarixçəsi əmsalı 0,6 əmsaldan az və 3 əmsaldan çox ola bilməz.

Şəxsin sığorta tarixçəsi əmsalı şəxsə bağlı olmaqla onun sığorta tarixçəsinə əsasən müvafiq güzəşt və əlavələr tətbiq edilməklə hər bir qiymətləndirmə qrupu üzrə ayrı-ayrılıqda formalaşır.

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən, avtonəqliyyat vasitəsi sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin sığorta tarixçəsi əmsalı tətbiq edilir.

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi halı istisna olmaqla, fiziki şəxslər tərəfindən sığorta müqaviləsi bağlanıldığı tarixdən əvvəlki son bir ay ərzində müvafiq nəqliyyat vasitəsinin sahibi olmuş, habelə həmin dövr ərzində bu hüququna xitam verilmiş bütün şəxslər bu Qaydada nəzərdə tutulmuş sığorta tarixçəsi əmsalının tətbiqi zamanı nəzərə alınır.

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığorta haqqının hesablanmasında tətbiq olunan sığorta tarixçəsi əmsalı 1-ə bərabərdir və həmin əmsala güzəşt və yaxud əlavə tətbiq edilmir.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edilməsi halı istisna olmaqla, sığortalı hüquqi şəxs olduqda və sığorta hadisəsi baş verdikdə, sığorta tarixçəsi əmsalına tətbiq edilən əlavələr nəqliyyat vasitəsini idarə edən və sığorta hadisəsini törədən fiziki şəxsin sığorta tarixçəsi əmsalına tətbiq edilir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilk dəfə bağlanarkən, habelə müqavilə bağlamaq istəyən fiziki şəxsin təqsiri üzündən müvafiq qiymətləndirmə qrupu üzrə baş vermiş və İcbari Sığorta Bürosunun informasiya sistemində qeydiyyata alınmış sığorta ödənişi həyata keçirilmiş sığorta hadisəsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı olaraq 1 əmsal müəyyən edilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin ilk dəfə bağlanması dedikdə, Büronun informasiya sistemində həmin şəxs tərəfindən müvafiq qiymətləndirmə qrupu üzrə bağlanmış icbari sığorta müqaviləsinin mövcud olmaması nəzərdə tutulur.

Müvafiq qiymətləndirmə qrupu üzrə şəxsin sığorta tarixçəsi əmsalına qüvvədə olan icbari sığorta müqavilələrinin sayından asılı olmayaraq aşağıdakı şərtlərin hər biri mövcud olduqda hər dəfə 5 % güzəşt tətbiq edilir:

– sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən, fiziki şəxs olduqda özünün, avtonəqliyyat vasitəsini taksi minik avtomobili kimi istifadə edən hüquqi şəxs olduqda isə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi həyata keçirilmiş heç bir sığorta hadisəsi olmadıqda;

– sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklikdən etibarən sığortalı olduğu günlərin sayı 275-dən çox olduqda.

– sığorta tarixçəsi əmsalına edilmiş sonuncu dəyişiklik tarixindən etibarən fiziki şəxsin təqsiri üzündən baş vermiş və sığorta ödəniş(lər)i həyata keçirilmiş hər bir sığorta hadisəsi ilə bağlı müvafiq qiymətləndirmə qrupu üzrə həmin şəxsin, sığortalı olub-olmamasından asılı olmayaraq, sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir. Büronun informasiya sistemində müvafiq qiymətləndirmə qrupu üzrə şəxs tərəfindən bağlanmış icbari sığorta müqaviləsi mövcud olmadıqda, şəxsin sığorta tarixçəsi əmsalı 1 əmsal olaraq müəyyən edilməklə 30 % əlavə həmin əmsala tətbiq edilir.

Sığortalı hüquqi şəxs olduqda və avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildikdə sığorta ödənişi həyata keçirilmiş hər bir sığorta hadisəsi üzrə hüquqi şəxsin sığorta tarixçəsi əmsalına 30 % əlavə tətbiq edilir.

fiziki şəxslər, eləcə də avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımaları üçün istifadə edildiyi hallarda hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı həmin şəxslərin bu dəyişikliklər qüvvəyə minənədək müvafiq Bonus-Malus qrupu üzrə formalaşmış Bonus-Malus əmsalına bərabər tutulur;

Digər hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı 1 əmsalına bərabər tutulur.

0.45, 0.50 və 0.55 Bonus-Malus əmsalı tətbiq edilən Bonus-Malus subyektlərinin Bonus əmsalları Qərarda nəzərdə tutulmuş dəyişikliklər qüvvəyə mindikdən sonra həmin subyektlərin sığorta tarixçəsi əmsalı olaraq müəyyən edilsin. Həmin subyektlərin təqsiri üzündən ilk sığorta hadisəsi baş verdikdə və həmin sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildikə onların sığorta tarixçəsi əmsalı 0,60 əmsal olaraq müəyyən edilsin.

Dəyişikliklər 2 aydan sonra qüvvəyə minəcək.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Bənzər Xəbərlər

25.04.2026 - 14:18Ariz Əhədov

ABŞ Sakit okeanda katerə zərbə endirdi - 2 ölü

25.04.2026 - 11:30Ariz Əhədov

“Azeri Light” bahalaşdı

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:50Ariz Əhədov

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 001

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 922

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 119
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.