Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA
  • Elşad Cabbarov həbsxanada vəfat etdi – FOTO
  • Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir – TƏBİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Nazirlikdən hava ilə bağlı əhaliyə – Müraciət

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Cəmiyyət Ariz Əhədov23.04.2026 - 11:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Yeniera.az xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Bənzər Xəbərlər

23.04.2026 - 13:50Ariz Əhədov

Bakıda şagird sinif yoldaşlarını ölümlə HƏDƏLƏDİ – RƏSMİ AÇIQLAMA

23.04.2026 - 13:37Ariz Əhədov

Elşad Cabbarov həbsxanada vəfat etdi - FOTO

23.04.2026 - 13:25Ariz Əhədov

Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB

23.04.2026 - 13:15Ariz Əhədov

“Nar” Kitab Gününü Salyanda qeyd etdi

23.04.2026 - 12:50Ariz Əhədov

Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi

23.04.2026 - 12:37Ariz Əhədov

Bu küçədə saatlarla uzanan sıxlıq aradan qaldırıldı - Video

23.04.2026 - 12:25Ariz Əhədov

Goranboyda məmur özbaşnalığı: Bələdiyyə sədrinin atası bütün torpağı zəbt edib – FOTOLAR

23.04.2026 - 12:12Ariz Əhədov

“Təmiz penalti idi” - “Qarabağ”ın qapıçısı

23.04.2026 - 11:50Ariz Əhədov

Makronun İrəvana səfərində bu sənəd imzalanacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 158

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 968

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 916

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 103
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.