Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dostunun yasında vəfat etdi
  • Sürücülər bu tarixdə İMTAHAN VERƏCƏKLƏR
  • DSMF-dən mühüm XƏBƏR – 200 min nəfərə…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Pilotlar selfi çəkərkən təyyarələr toqquşub – Detallar

Pilotlar selfi çəkərkən təyyarələr toqquşub - Detallar

Dünya Ariz Əhədov24.04.2026 - 09:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Cənubi Koreyada 2021-ci ildə baş verən hərbi aviasiya qəzasının detalları açıqlanıb.

Yeniera.az xəbər verir ki, istintaq nəticələrinə əsasən, Cənubi Koreya Hərbi Hava Qüvvələri məxsus iki “F-15K” qırıcı təyyarəsinin toqquşmasına pilotların uçuş zamanı selfi və video çəkməsi səbəb olub.

Hadisə Daequ yaxınlığında təlim uçuşu zamanı baş verib. Araşdırma hesabatına görə, pilotlar missiya gedişində xatirə məqsədilə foto və video çəkiblər. Onlardan biri bu uçuşun həmkarları ilə son missiyası olduğunu əsas gətirərək, uçuşdan əvvəl şəkil çəkəcəyini bildirib.

Məlumata əsasən, dönüş manevri zamanı arxadakı təyyarədə olan pilot mobil telefonu ilə çəkiliş aparıb, ön təyyarədəki pilot isə həmin anların videoa çəkilməsi üçün digər pilotdan kömək istəyib. Bu zaman arxadakı pilotun qəfil manevr etməsi iki təyyarə arasında məsafəni təhlükəli dərəcədə azaldıb.

İstintaq materialında qeyd olunur ki, arxadakı pilot “göstəriş xarakterli” manevr edərək, təyyarəni qəfil yuxarı qaldırıb, ön təyyarə isə toqquşmadan yayınmaq üçün sürətlə enməyə çalışıb. Lakin bu hərəkətlər nəticəni dəyişməyib və ön təyyarənin sol qanadı digər təyyarənin quyruq hissəsinə dəyib.

Qəza nəticəsində ölən və yaralanan olmayıb, lakin hər iki təyyarə ciddi zərər görüb.

Hadisə nəticəsində hərbi aviasiyaya təxminən 880 milyon von (təxminən 1 milyon manat) ziyan dəydiyi müəyyən edilib. Əvvəlcə pilotdan tam məbləğin ödənilməsi tələb olunsa da, o, qərardan şikayət verib. Pilot səhlənkarlığı etiraf etsə də, uçuş zamanı bu cür çəkilişlərin qeyri-rəsmi şəkildə geniş yayıldığını iddia edib.

Baxış şurası şikayəti qismən qəbul edərək, cəriməni 90 faiz azaldıb və pilotun təxminən 88 milyon von (təxminən 100 min manat) ödəməsinə qərar verib.

Qərarda qeyd olunub ki, hərbi uçuşlarda xatirə məqsədli çəkilişlər geniş yayılmış praktika olsa da, bunun kifayət qədər tənzimlənməməsi təhlükəsizlik risklərini artırıb.

Qəza ictimaiyyətə açıqlanandan sonra Cənubi Koreya Hərbi Hava Qüvvələri rəsmi üzr bəyanatı yayıb və uçuş təhlükəsizliyi qaydalarının sərtləşdiriləcəyini bildirib. Həmçinin hadisədə iştirak edən pilotlardan biri uçuş vəzifəsindən kənarlaşdırılıb və sonradan ordudan ayrılıb.

Bənzər Xəbərlər

24.04.2026 - 14:05Ariz Əhədov

Dostunun yasında vəfat etdi

24.04.2026 - 13:53Ariz Əhədov

Sürücülər bu tarixdə İMTAHAN VERƏCƏKLƏR

24.04.2026 - 13:28Ariz Əhədov

DSMF-dən mühüm XƏBƏR - 200 min nəfərə...

24.04.2026 - 13:03Ariz Əhədov

Bakıda parkda meyit tapıldı

24.04.2026 - 12:50Ariz Əhədov

Yağış, 24° isti... - Sabahın havası

24.04.2026 - 12:37Ariz Əhədov

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

24.04.2026 - 12:00Ariz Əhədov

MSK-nın üzvləri bu tarixdə təyin ediləcək

24.04.2026 - 11:45Ariz Əhədov

Orta təhsillilər də bir il hərbi xidmət KEÇƏCƏK?

24.04.2026 - 11:07Ariz Əhədov

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 183

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 980

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 919

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 110
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.