Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA
  • Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR
  • Azərbaycanda minimum əməkhaqqı artırıla bilər – Bu qədər olacaq…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakı Slavyan Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Bakı Slavyan Universitetində tələbə-gənclərlə maarifləndirici görüş keçirilib

Cəmiyyət Ariz Əhədov24.04.2026 - 09:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün, 23 aprel tarixində Bakı Slavyan Universitetində tələbə-gənclərlə maarifləndirici görüş təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbə-gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği” adlı layihə çərçivəsində baş tutub. Layihə gənclərin maarifləndirilməsi, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və müasir çağırışlar fonunda milli kimliyin qorunması istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universiteti rektorunun müşaviri, müharibə veteranı Sadir Məmmədov qonaqlara öz təşəkkürünü bildirdikdən sonra qeyd etdi ki, Bu qəbildən olan tədbirlərin təşkili Unversitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlər tələbələrimizin dövlətinə və vətəninə bağlılıq hissini yüksəldir, onların fəallığını artırır, cəmiyyət həyatında daha aktiv rol oynamasına şərait yaradır.

Daha sonra söz Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Emin Həsənliyə verilib. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsəd və vəzifələri Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında milli kimlik, milli-mənəvi dəyərlər və zəngin mədəni irsin daha dərindən mənimsənilməsinə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində təşkil olunan görüşlər interaktiv metodlar, açıq müzakirələr və praktiki yanaşmalar vasitəsilə həyata keçiriləcək və gənclərin mövzuya daha aktiv cəlb olunması təmin ediləcək.

Emin Həsənli vurğulayıb ki, layihənin əsas məqsədi gənc nəslin milli şüurunun gücləndirilməsi, onların tarixi köklərə bağlılığının artırılması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsidir. Eyni zamanda gənclərimizin kənar mədəni təsirlərə qarşı effektiv mübarizə apara bilməsi üçündə bu kimi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb. O həmçinin qeyd edib ki, təşkilatın indiyədək həyata keçirdiyi bütün tədbirlərdə gənclərin vətənə bağlılığının möhkəmləndirilməsi, cəmiyyətdə birlik və həmrəylik ruhunun təşviqi əsas prioritet olub və bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Tədbirdə çıxış edən şair,“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs gənclərin formalaşmasında poeziyanın rolu və gücü barədə danışaraq qeyd etdi ki, bəzən bir əsər bir nəsli yetişdirir. Bu baxımından gəncləri ədəbiyyat oxumağa dəvət edərək bildirdi ki, milliliyimiz haqqında dah çox öyrənmək üçün öz ədiblərimizin yaradıcılığı ilə dünya görüşünüzün daha geniş formalaşması üçün isə dünya ədəbiyyatının parlaq isimlərinin yaradıcılığı ilə tanış olmağınızı sizlərə tövsiyyə edirəm. Şübhəsiz ki, siz öz sahənizdə güclü mütəxəsis olmanız üçün öz ixtisasınızıda dərindən bilməlisiniz. Amma hər tərəfli şəxsiyyət kimi yetişməniz üçün daha çox mütaliəli olmanız şərtdir. Tələbə gənclərin istəyi ilə şair Qulu Aağsəs bir neçə şeirinidə gənclər üçün səsləndirdi.

Növbəti çıxışçı, layihənin eksperti Taleh Əliyev mövzunun aktuallığına toxunaraq bildirib ki, müasir qloballaşma şəraitində gənclər müxtəlif xarici təsirlərə daha açıq olan sosial qruplardan biridir. Bu baxımdan onların milli kimliyinin qorunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ekspert qeyd edib ki, milli ruhda formalaşmış gənclik dövlətin gücünün, sabitliyinin və davamlı inkişafının əsas dayaqlarından biridir.Hər bir gənc təhsil aldığı sahəni mükəmməl bilməklə yanaşı həm də vətənpərvər olmalıdır ki, dövlətinə və xalqına bağlı olsun.O əlavə edib ki, gənclərin düzgün istiqamətləndirilməsi və maarifləndirilməsi gələcəkdə sağlam və güclü cəmiyyətin formalaşmasına zəmin yaradır.

Görüş interaktiv formatda davam edib, tələbə-gənclər çıxışçılara onları maraqlandıran sualları ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək layihəyə maraq və dəstəklərini ifadə ediblər.

Məlumat üçün bildirək ki, üç ay müddətində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yerləşən 7 ali və orta ixtisas təhsil müəssisəsində maarifləndirici görüşlərin təşkili, eləcə də yekun təqdimat tədbirinin keçirilməsi nəzərdə tutulur. Layihə gənclər arasında milli-mənəvi dəyərlərin təşviqi, onların ictimai fəallığının artırılması və milli kimlik şüurunun möhkəmləndirilməsi istiqamətində davamlı və sistemli fəaliyyətin gücləndirilməsinə xidmət edir.

 

Bənzər Xəbərlər

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 16:05Ariz Əhədov

Əli Əsədov qərar İMZALADI: 60 manat TƏSDİQLƏNDİ

24.04.2026 - 15:12Ariz Əhədov

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

24.04.2026 - 13:53Ariz Əhədov

Sürücülər bu tarixdə İMTAHAN VERƏCƏKLƏR

24.04.2026 - 12:50Ariz Əhədov

Yağış, 24° isti... - Sabahın havası

24.04.2026 - 11:07Ariz Əhədov

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24.04.2026 - 09:25Ariz Əhədov

İşə gedənlərin NƏZƏRİNƏ

24.04.2026 - 09:00Ariz Əhədov

“Masaj” adı altında gizli xidmət: sosial şəbəkələrdə açıq bazar – VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 191

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 990

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 920

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 112
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.