Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO
  • Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA
  • Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti 30 faiz artacaq — AÇIQLAMA

İqtisadiyyat Ariz Əhədov24.04.2026 - 22:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda şəhərsalma istiqamətində həyata keçirilən yeni layihələr paytaxtın həm iqtisadi, həm də estetik inkişafına ciddi təsir göstərir. Xüsusilə şəhərin prestijli ərazilərindən sayılan Nizami küçəsinin genişləndirilməsi və yeni uzantısının yaradılması bu baxımdan diqqət çəkir. Bu dəyişikliklər yalnız şəhərin görünüşünü yeniləmir, eyni zamanda daşınmaz əmlak bazarında da canlanma yaradır.

Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, Nizami küçəsinin hazırda uzantısının yaranması və genişlənməsi həmin prestij sahəsinin artmasına səbəb olur:

“Bu da ilk növbədə birinci mərtəbədə olan qeyri-yaşayış sahələrinin qiymətinə çox ciddi təsir göstərəcək və piyada keçidləri, ticarət üçün əlverişli zonalar artacaq. Bu, əslində “Bakı Şəhərinin Baş Planı 2040”a əsasən şəhərin böyüməsi istiqamətində atılmış, kiçik olsa da əhəmiyyəti böyük olan ciddi şəhərsalma layihəsidir. Bu prosesdən əsasən qeyd olunan ərazidə yerləşən qeyri-yaşayış sahələri, ticarət mərkəzləri və ticarət obyektləri faydalanacaq. İkinci olaraq, həmin ərazidə yerləşən mənzillərdə də qiymət artımı yaşanacaq”.

Ekspert deyib ki, bu ərazi köhnə “Tarqovı” zonasında olan komfortun tərkib hissəsi kimi çıxış edəcək:

“Daha böyük bir areal və məsafə yaranacaq ki, burada ev almaq və obyekt sahibi olmaq prestij hesab olunacaq. Artım isə təqribən hər belə layihədən sonra ərazidə 30 faizə qədər baş verir. İlk mərhələdə maksimum 15 faiz artım baş verəcək. Sonradan isə bu istiqamətdə daha ciddi oturuşma yaranacaq. Bu oturuşma qeyri-yaşayış sahələrinin gəlirliliyinin artmasına, obyektlərin qiymətlərinin yüksəlməsinə və sonda həmin obyektlərə olan tələbatın, həmçinin binalarda yerləşən mənzillərin qiymətinin artmasına səbəb olacaq. Ərazinin bahalaşması, aktivləşməsi və dinamikləşməsi baş verəcək. Bu, çox müsbət layihədir və düşünürəm ki, sözügedən ərazidə piyada axınının artması bu layihənin kommersiya dəyərinin ikiqat yüksəlməsinə səbəb ola bilər. Nəticədə müasir standartlara uyğun şəkildə həmin ərazi üzrə layihələr davam edərsə və mənzərəyə uyğun olmayan köhnə evlər zaman keçdikcə söküntüyə məruz qalarsa şəhərin mənzərəsi daha da gözəlləşəcək”,- deyə o qeyd edib.

Qeyd edək ki, İslam Səfərli küçəsi tamamilə piyadaların istifadəsinə verilib. Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq Qış bulvarı ilə eyni səviyyəli piyada keçidi yaradılıb və beləliklə, iki mühüm ictimai məkan birləşdirilib. Yenilənən küçədə sıx ağaclar əkilərək “yaşıl tunel” effekti formalaşdırılıb, yeni infrastruktur elementləri quraşdırılıb və tarixi binaların, o cümlədən “Fantaziya hamamı”nın ətrafı abadlaşdırılıb. Layihə çərçivəsində ətraf kəsişmələrdə “ortaq küçə” prinsipi tətbiq edilərək piyadaların təhlükəsiz və rahat hərəkəti üçün bütün şərait təmin olunub.

Bənzər Xəbərlər

24.04.2026 - 23:43Ariz Əhədov

Ülkər Məmmədova VƏFAT ETDİ – FOTO

24.04.2026 - 22:40Ariz Əhədov

Bağça müdiri olmaq istəyənlərə ŞAD XƏBƏR

24.04.2026 - 22:23Ariz Əhədov

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər - Bu qədər olacaq...

24.04.2026 - 18:20Ariz Əhədov

Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb

24.04.2026 - 17:55Ariz Əhədov

IV və VI siniflərdə monitorinq - Yerdəyişmə prosesi DAYANDIRILDI

24.04.2026 - 17:37Ariz Əhədov

MEDİA-dan icra hakimiyyəti ilə bağlı yayılan xəbər haqda açıqlama

24.04.2026 - 17:25Ariz Əhədov

TƏBİB islahatlarla bağlı yeni açıqlama YAYDI

24.04.2026 - 16:52Ariz Əhədov

“Bakı Marafonu 2026” qaliblərinə veriləcək mükafatlar

24.04.2026 - 16:38Ariz Əhədov

Maaş və təqaüdlərin artımı BAŞLAYIR - Ekspert AÇIQLADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 192

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 993

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 920

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 116
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.