Azərbaycan Respublikasının Ali Məhkəməsi faizlə borc verməyin riskləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Yeniera.az xəbər verir ki, bildirilib ki, faizlə borc vermə qanunla qadağan olunmasa da, fiziki şəxslər arasında bu münasibətlər məişət dilində “sələmçilik” kimi tanınır və praktikada ciddi risklər yaradır. Belə ki, bəzi hallarda borcalan borcu tam şəkildə qaytarsa da, qarşı tərəf tərəfindən əlavə ödəniş tələbləri irəli sürülür.
Eyni zamanda əvvəlcədən razılaşdırılmış faizlərin sonradan artırılması və borcalandan daha yüksək məbləğin tələb olunması halları müşahidə edilir. Digər problem isə ondan ibarətdir ki, bir çox hallarda tərəflər arasında rəsmi borc müqaviləsi bağlanılmır. Bu da sonradan yaranan mübahisələrdə vətəndaşların hüquqlarının qorunmasını çətinləşdirir.

